Gəncədə Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilmiş pediatrik konfrans təşkil edilib
31.05.2023 15:37
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının (ŞBX) təşkilatçılığı ilə Gəncə Dövlət Filarmoniyasında “Heydər Əliyev İli” çərçivəsində 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilmiş pediatrik konfrans təşkil edilib.
 
Aztibb.az-a Gəncə ŞBX-dan verilən xəbərə görə, ilk olaraq Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Ümummilli Liderin həyat və fəaliyyətindən bəhs edən sənədli film nümayiş etdirilib.
 
Konfransı giriş sözü ilə açan Gəncə ŞBX-nin direktoru İlkin İsmayılov iştirakçıları salamlayaraq tədbirin əhəmiyyətindən bəhs edib.
 
Tədbirdə Gəncə ŞBX-nin, Gəncə Beynəlxalq xəstəxanasının həkimləri ilə yanaşı paytaxt Bakıdan dəvət edilmiş mütəxəssislər də məruzələrlə çıxış ediblər.
 
Konfrans ayrı-ayrı panellərdə öz işini davam etdirib. Panel iclaslarında “Erkən qidalanmanın uzunmüddətli proqramlaşdırma təsiri”, “Mikrobiom niyə sağlamlıq üçün bu qədər vacibdir?”, “Səpki ilə müşahidə edilən xəstəliklərin differensial diaqnostikası”, “Yenidoğulmuşlarda sarılığın interpretasiyası”, “Uşaqlarda xroniki öskürəyə müasir yanaşma, müalicə alqoritmlərinin klinik əhəmiyyəti”, “Uşaqlarda orta otitlər”, və digər mövzularda məruzələr dinlənilib.
 
Qeyd edək ki, tədbir Gəncə şəhər Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Şurasının dəstəyi ilə baş tutub.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır