Teymur Musayev İsrailin daxili işlər və səhiyyə naziri ilə görüşüb
31.05.2023 15:23

Azərbaycan Səhiyyə Nazirliyində İsrail Dövlətinin daxili işlər və səhiyyə naziri Moşe Arbelin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

 

Səhiyyə Nazirliyindən Aztibb.az-a verilən məlumata görə, görüşdə səhiyyə naziri Teymur Musayev Azərbaycan-İsrail əlaqələrinin xalqlarımız arasında tarixən mövcud olmuş dostluq və qarşılıqlı hörmət ənənələrinə əsaslandığını bildirib. O, münasibətlərin genişlənməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin önəmini qeyd edib: “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə İsrail Dövlətinin Prezidenti İsxak Hersoq arasındakı dostluq əlaqələri bütün sahələrdə sıx əməkdaşlığın inkişafına və möhkəmlənməsinə əvəzsiz töhfə verir”.

 

Nazir, həmçinin vurğulayıb ki, Azərbaycan və İsrail arasında imzalanan səhiyyə və tibb elmi sahələrində 2023-2028-ci illər üçün Əməkdaşlıq Planı ölkələrimizin səhiyyə sektorunun yeni mərhələdə inkişafı üçün mühüm platformadır. Nazir Əməkdaşlıq Planının tezliklə icraya başlayacağı da qeyd elib.

 

Teymur Musayevin sözlərinə görə, səhiyyədə nanotexnologiyaların tətbiqi və mütərəqqi texnoloji avadanlıqların istifadəsi Azərbaycan Səhiyyə Nazirliyinin əsas hədəflərindəndir: “İsrailin beynəlxalq müstəvidə qabaqcıl ölkə olaraq tibbi nou-hau nailiyyətlərinin, bu sahədə İKT həllərinin təcrübələrinin Azərbaycanda da smart tətbiqi səhiyyəmizin modernləşdirilməsinə müsbət təsirlərini göstərəcək”.

 

Azərbaycanın səhiyyə naziri Heydər Əliyev Fondu və “YAŞAT” Fondunun dəstəyi ilə 44 günlük Vətən Müharibəsi zamanı yaralanan əsgərlərimizə müayinə və müalicə üçün mütəmadi olaraq Bakıya gələn israilli həkim briqadalarının yardımını yüksək qiymətləndirib.

 

Səmimi qəbula və qonaqpərvərliyə görə minnətdarlığını bildirən İsrail Dövlətinin daxili işlər və səhiyyə naziri ölkələr arasında dostluq əlaqələrinin tarixindən söz açıb. Bildirib ki, İsrail ilə Azərbaycan arasında dərin mədəni-tarixi əlaqələr, dostluq və harmoniya mövcuddur. İsrail Azərbaycanın suverenliyini tanımış ilk ölkələrdən biri olub.

 

Moşe Arbel ölkələr arasında səhiyyə və tibb elmi sahəsində də əməkdaşlığın yüksək səviyyədə olduğunu diqqətə çatdırıb. O, İsrailin Ben Qurion Universiteti və Soroka Tibb Mərkəzi ilə Azərbaycan Tibb Universiteti sıx əməkdaşlıq etdiyini xatırladıb.

 

Sonda israilli nazir iki qurum arasında əməkdaşlığın bundan sonra da yeni müstəvidə uğurla davam etdiriləcəyinə ümidvar olduğunu bildirib.

 

Görüşdə tərəflər tibb kadrlarının hazırlanması prosesinin təkmilləşdirilməsi, səhiyyə sistemlərinin rəqəmsallaşdırılmasının tətbiqi üzrə əməkdaşlığın qurulması, genetika üzrə təlimlərin təşkili və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır