Elmi konfrans: “Postkovid sindrom: Qlobal pandemiyanın arzuolunmaz nəticəsi”  
31.05.2023 15:09
Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin və Mərkəzi Gömrük Hospitalının birgə təşkilatçılığı ilə “Postkovid sindrom: Qlobal pandemiyanın arzuolunmaz nəticəsi” mövzusunda elmi konfrans təşkil olunub.
 
Aztibb.az-a Mərkəzi Gömrük Hospitalından bildirilib ki, tədbirdə çıxış edən Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi, t.ü.f.d. Ceyhun Məmmədov pandemiya və postpandemiya dövründə Mərkəzi Gömrük Hospitalının uğurlu fəaliyyət göstərən tibb müəssisələrindən biri olduğunu vurğulayıb. O, elmi məlumatların paylaşılması və təcrübə mübadiləsinin təmin edilməsi istiqamətində pandemiya dövründə Tibbi Xidmət İdarəsi tərəfindən mütəmadi olaraq tədbirlərin keçirildiyini vurğulayıb. C.Məmmədov çıxışının sonunda iştirakçıları müzakirə sessiyalarında aktiv olmağa dəvət edib.
 
Konfransın rəsmi açılış hissəsində, həmçinin Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi, Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini, t.e.d. Rəşad Mahmudov, ATU-nun Allerqologiya və immunologiya kafedrasının müdiri, professor, Lalə Allahverdiyeva və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Strateji inkişaf departamentinin rəhbəri Yaqut Qarayeva çıxış ediblər. Spikerlər mövzu ilə əlaqəli fikirlərini bölüşərək vacib əhəmiyyətli tibbi mövzulara dair Tibbi Xidmət İdarəsi tərəfindən keçirilən tədbirləri yüksək qiymətləndiriblər.
 
Rəsmi hissədən sonra konfransın elmi hissəsi Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini, t.ü.f.d., dosent İsmayıl Əfəndiyev və professor Lalə Allahverdiyevanın moderatorluğu ilə davam edib.
 
100-ə yaxın iştirakçının əyani, 300-ə yaxın iştirakçının distant iştirak etdiyi tədbir zamanı postkovid sinromla əlaqəli mövzulara dair Mərkəzi Gömrük Hospitalının yüksəkixtisaslı mütəxəssisləri tərəfindən təqdimatlar edilib və auditoriyanı maraqlandıran suallar cavablandırılıb.
 
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Davamlı Tibbi Təhsil üzrə elm və tədris tədbirlərinin akkreditasiya Qaydaları“ əsasında akkreditasiya olunaraq 4 DTT balı ilə qiymətləndirilmiş konfrans Mərkəzi Gömrük Hospitalının rəsmi facebook səhifəsindən canlı yayımlanıb.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır