Azərbaycanlı həkim Almaniyada baş həkim vəzifəsinə təyin olunub
29.05.2023 16:49

Uzun illərdir Almaniyada çalışan azərbaycanlı həkim Rüstəm İbrahim bu yaxınlarda Gelsenkirxen şəhərində yerləşən Bergmannsheil və Buer Uşaq xəstəxanasının Radiologiya və İnvaziv Neyroradiologiya bölməsində baş həkim vəzifəsinə təyin olunub.


Aztibb.az xəbər verir ki, bu barədə Almaniyanın Bad Salzungen Xəstəxanasının Qulaq, burun, boğaz xəstəlikləri və üz plastik cərrahiyyə klinikasının şöbə müdiri Cavid Hüseynzadə sosial şəbəkədə məlumat paylaşıb.
 
Məlumatda bildirilir ki, bununla da Almaniya klinikalarında baş həkim (CHEFARZT) kimi çalışan soydaşlarımızın sayı 4-ə çatıb.

 

Qeyd edək ki, R.İbrahim 2008-2009-cu illərdə Bakıda MediClub Klinikasında baş tibbi koordinator, 2010-2011-ci illərdə Mərkəzi Klinik Xəstəxananın Tibbi Görüntüləmə/Radiologiya şöbəsində həkim işləyib. O, 2012-ci ildə Almaniyada Frankfurt Universitet Klinikasında Diaqnostik və İnvaziv Radiologiya şöbəsində assistent həkim, 2012-2016-cı illərdə Knappschaft Xəstəxanasının Radiologiya və Nüvə Təbabəti şöbəsində assistent həkim, 2016-2017-ci illərdə həmin şöbədə mütəxəssis həkim, 2017-2023-cü illərdə isə baş mütəxəssis və İnvaziv Neyroradiologiya bölməsinin müdiri vəzifələrində çalışıb. 

 

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır