"Son zamanlar qəfləti ölümlərin əksəriyyəti tromblarla əlaqələndirilir" - Uzman həkim
29.05.2023 13:16

Son zamanlar vaxtsız və qəfləti baş verən ölümlərin sayı artıb. Bunların əksəriyyəti tromblarla əlaqələndirilir.

 

Bu barədə Aztibb.az-a Liv Bona Dea Hospitalının həkimi, tanınmış ürək-damar cərrahiyyə uzmanı Cabir Gülmalıyev məlumat verib.

 

Həkim bildirib ki, qanın damar daxilində və ya ürək boşluqlarında laxtalanması tromboz, bu zaman əmələ gələn qan laxtası isə tromb adlanır.

 

Onun sözlərinə görə, trombun yaranma səbəbi təkcə damar zədəsi deyil, həmçinin qanın laxtanma sürətinin artması, qan dövranında durğunluq ilə bağlı ola bilər:

"Əsas səbəblərdən biri də ürək damarlarının tutulmasıdır. Ürək damarları tutulduqda onların qidalandırdığı nahiyələr qansız qalır, yığılmır və yığılmayan yerdə tromb yaranır. Digər səbəb səyrici aritmiyadır. Onun nəticəsində qulaqcıqlarda tromb yaranır".

 

Cabir Gülmalıyev kimlərdə tromb riskinin yüksək olduğunu da açıqlayıb:

- artıq çəkili və piylənməsi olan şəxslərdə;
- ayaqlarına daha çox yük düşən şəxslərdə;
- uzun müddət hərəkətsiz və ya yataq rejimində olanlarda;
- sağlam həyat tərzi keçirməyənlərdə;
- uzun müddət hormon əvəzedici terapiya və ya doğuşa nəzarət həbləri qəbul edənlərdə (estrogen tərkibli);
- aşağı ətraflarda ortopedik, travmatoloji cərrahiyyə əməliyyatı keçirən insanlarda;
- dərin venatrombozu və ya ağciyər emboliyası tarixi olanlarda;
- xərçəng xəstələrində;
- irsi və yaqazanılmış qanın laxtalanma pozğunluğu olan şəxslərdə.

 

"Sağlam həyat tərzi keçirin və damar sağlamlığına qarşı diqqətli olun", - deyə uzman həkim bildirib.

 

 

 

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır