Kürdəmir Rayon Mərkəzi Xəstəxanasında Müstəqillik Günü münasibətilə tədbir keçirilib
28.05.2023 08:30

Kürdəmir Rayon Mərkəzi Xəstəxanasında 28 May - Müstəqillik Günü münasibətilə tədbir keçirilib.

 

Xəstəxanadan Aztibb.az-a bildirilib ki, tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

 

Tədbirdə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının direktor vəzifəsini icra edən Tarix İslamov çıxış edərək bildirib ki, Müstəqillik Günü 1918-ci ildə ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı gündür. Məhz, 1918-ci ilin may ayının 28-də Azərbaycan Milli Şurası “İstiqlaliyyət Bəyannaməsi” ilə Azərbaycan Xalq Cümhuriyyətinin yarandığını elan edib. Onun sözlərinə görə, AXC gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə cəmi 23 ay fəaliyyət göstərə bilib: “Təəssüflər olsun ki, müstəqil Azərbaycan Cümhuriyyəti iki yaşı tamam olmamış devrildi. Sovetlər Birliyi Azərbaycanı məcburi surətdə öz tərkibinə daxil etdi. 1991-ci ildə isə Azərbaycan yenidən öz müstəqilliyinə qovuşdu”.

 

Daha sonra Kürdəmir rayon Ziyalılar şurasının sədri Sabir Novruzov, Kürdəmir rayon Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Şurasının sədri Rasim Əzizov və Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının İctimai-əlaqələr üzrə mütəxəssisi Elvira Cavadova çıxış edərək müstəqilliyimizin əldə edilməsi prosesində rolu olan tarixi şəxsiyyətlərdən bəhs ediblər.

 

Bildirilib ki, dövlət üçün müstəqillikdən, vətəndaşı üçün isə azadlıqdan üstün heçnə yoxdur. Ulu və zəngin tarixi keçmişə malik Azərbaycan xalqı azad yaşayış, müstəqil dövlət uğrunda uzun və mübarizələrlə dolu bir yol keçmiş, qəhrəmanlıq salnaməsi yazmışdır.

 

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev demişdir: "Tarix dəfələrlə sübut etmişdir ki, xalqın əvəzsiz milli sərvəti olan müstəqilliyin qorunması, onun əldə edilməsindən qat-qat ağır və mürəkkəb vəzifədir".

ÇOX OXUNANLAR
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu vakansiya elan edir
 17 İyun – Tibb İşçilərinin Peşə Bayramı Günüdür   
 Cəbrayıl RMX-da yanğın təhlükəsizliyi və təxliyə qaydaları ilə bağlı təlim keçirilib   
Azərbaycan tibbində növbəti uğur: Səhiyyə Nazirliyi Bakı Sağlamlıq Mərkəzinin Aritmologiya bölməsi beynəlxalq akkreditasiya alıb
Mərkəzi Klinika vakansiya elan edir
ATU-nun Əczaçılıq toksikologiyası və kimya kafedrası əməkdaşlarının ixtirasına Avrasiya Patenti verilib
Ölkəmizdə ilk dəfə tətbiq edilən texnologiyaya həsr olunuş elmi simpozium keçirildi - MR-Fusion Prostat Biopsiyası
Gəncədə Dünya Allergiya Həftəsi ilə bağlı tədbirlər təşkil olunur
 Sabunçu Tibb Mərkəzində Tibb İşçilərinin Peşə Bayramı Günü münasibətilə tədbir keçirilib   
 TƏBİB kollektivi Fəxri xiyabanı ziyarət edib   
Bu ilin yanvar-may aylarında 18 mindən çox uşağa reabilitasiya xidmətləri göstərilib
Səhiyyə Nazirliyi Tibb İşçilərinin Peşə Bayramı Gününü qeyd edib
 Bakıda Asiya üzrə Beynəlxalq Ginekologiya Konqresi keçirilib   
Nizami Tibb Mərkəzi onlayn növbə sistemi aktivləşdirilən 4-cü müəssisə oldu
Səhiyyə sahəsində səmərəli fəaliyyət göstərən bir qrup tibb işçisi təltif edilib - Pirallahı Tibb Mərkəzində