İsveçrədə Azərbaycan Respublikasının Müstəqilliyinin 105-ci ildönümü təntənəli şəkildə qeyd edilib
26.05.2023 17:40

İsveçrənin paytaxtı Berndə Azərbaycan Respublikasının Müstəqilliyinin 105-ci ildönümü təntənəli şəkildə qeyd edilib.

 

Bu barədə Aztibb.az-a Səhiyyə Nazirliyindən xəbər verilib.


Tədbirin açılışında Azərbaycan Respublikası, İsveçrə Konfederasiyası və Lixtenşteyn Knyazlığının Dövlət Himnləri səsləndirilib.

 

Tədbirdə qonaq qismində iştirak edən və İsveçrə Konfederasiyasında səfərdə olan Azərbaycan nümayəndə heyətinin rəhbəri, səhiyyə naziri Teymur Musayev çıxışında 1993-cü ildən başlayaraq çətin, eyni zamanda şərəfli və bütün çətinliklərə baxmayaraq, Azərbaycanlıları qalib xalqa çevirən dövlətimizin tarixi yoluna nəzər salıb.


Nazir bu ilin may ayında müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinin ölkəmizdə və onun hüdudlarından kənarda da geniş qeyd edildiyini bildirib. Eyni zamanda, müstəqilliyin bərpa olunması dövründə dövlət və xalqımızın üzləşdiyi çağırışları xatırladaraq, əldə etdiyi nailiyyətləri nümunə göstərib və bu işdə Ulu Öndərin müstəsna rolunu qeyd edib.

 

Öz növbəsində səfir Fuad İsgəndərov Azərbaycan Respublikası ilə İsveçrə Konfederasiyası arasındakı qarşılıqlı əlaqələrdən və bu münasibətlərin inkişafı perspektivləri, habelə ölkəmizin Avropa regionu üçün enerji təhlükəsizliyin təminatında artmaqda olan rolundan danışıb.

 

Tədbirin bədii hissəsi Azərbaycan milli rəqsləri ilə davam etdirilib.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır