Yeni memorandum - ATU ilə ÜST-nin Azərbaycan nümayəndəliyi əməkdaşlığı gücləndirir
26.05.2023 17:06
Bu gün Azərbaycan Tibb Universiteti (ATU) ilə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan nümayəndəliyi arasında əməkdaşlığa dair memorandum imzalanıb.
ATU-dan Aztibb.az-a verilən məlumata görə, sazişdə təcrübə mübadiləsinin genişləndirilməsi, tələbə və həkimlərin təlimlərə cəlb edilməsi, ümumilikdə milli səhiyyənin potensialının artırılması istiqamətində bir sıra layihələrin icrası nəzərdə tutulub.
İmzalanma mərasimində çıxış edən ATU-nun rektoru, professor Gəray Gəraybəyli, Ümumdünya Səhiyyə Təşkilatın qarşıdan gələn 75 illik yubileyi münasibətilə təbrik edərək ölkəmizin bu nüfuzlu təşkilatla əməkdaşlığa böyük önəm verdiyini bildirib. ÜST ilə birlikdə ölkəmizin müxtəlif infeksion və qeyri-infeksion xəstəliklərlə mübarizədə, “COVID-19” pandemiyası ilə mübarizə çərçivəsində çoxsaylı birgə layihələrin icra olunduğunu xatırladan rektor G.Gəraybəyli tibbi təhsilin inkişafı sahəsində də ATU ilə ÜST arasında əməkdaşlığın genişlənməsinin tərəfdarı kimi çıxış edib.
Öz növbəsində Ümumdünya Səhiyyə Təşkilatının ölkəmizdəki nümayəndəliyinin rəhbəri Hande Harmancı ÜST-nin Azərbaycanda həyata keçirdiyi layihələr haqqında məlumat verib. Onun sözlərinə görə, ATU tibb təhsili müəssisəsi kimi Ümumdünya Səhiyyə Təşkilatı ilə qarşılıqlı əlaqədə çalışır. Hande Harmancı memorandumun imzalanmasından sonra bu əməkdaşlığın daha da güclənəcəyinə, qurumların birgə maraqlı və faydalı layihələrə imza atacağına inandığını vurğulayıb.
Sonda hər iki qurumun rəhbərləri tərəfindən əməkdaşlıq memorandumu imzalanıb.
Bu bölməyə aid digər xəbərlər
Mərkəzi Neftçilər Xəstəxanasında ürəyi dayanan pasiyent həkimlərin operativ müdaxiləsi ilə həyata qaytarılıb
21.10.2026 | 16:17
Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib
21.10.2026 | 14:40
Patronaj xidməti ailələrə daha yaxın: 300-dən çox şəxs tibbi müayinələrə cəlb olunub
21.10.2026 | 14:34
Azərbaycanda uşaqlarda FMF üzrə ilk milli tədqiqat
20.10.2026 | 14:22
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
YAP-nın VIII Qurultayından irəli gələn vəzifələr və səhiyyə sahəsinin qarşısında duran hədəflər müzakirə olunub
20.10.2026 | 10:57
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub
20.10.2026 | 09:05
20 oktyabr – Ümumdünya Osteoporozla Mübarizə Günüdür
20.10.2026 | 08:17
Anar Bayramov Səhiyyə Nazirliyinin kollektivinə təqdim olunub
19.10.2026 | 15:02
Baş Klinik Hospitalda mürəkkəb açıq ürək əməliyyatı uğurla icra olunub
19.10.2026 | 12:26
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12

