Azərbaycanda 845 qramlıq körpə doğulub
26.05.2023 15:06
Oğuz rayon Tərkeş kənd sakini Nargilə Əzizova 38 yaşında Respublika Perinatal Mərkəzində, hamiləliyin 28-ci həftəsində kəskin bətndaxili hipoksiya, dölün bətndaxili inkişaf ləngiməsi, uşaqlıq üzərində çapıq, sağrı gəlişi, talassemiya daşıyıcısı diaqnozu ilə körpə dünyaya gətirib.
 

Oğuz Rayon Mərkəzi Xəstəxanasından Aztibb.az-a bildirilib ki, qeysəriyyə kəsiyi əməliyyatı ilə 845 qram, boyu 33 sm olan oğlan uşağı yenidoğulmuşların Reanimasiya şöbəsində, sonra isə Patologiya şöbəsində müalicə alıb.

 

Mayın 18-də körpə kafi vəziyyətdə 79-cu günündə evə yola salınıb. Yola salınarkən çəkisi 1450 qr olub. Körpə mütəmadi olaraq Oğuz Rayon Mərkəzi Xəstəxanasının pediatrları tərəfindən daimi nəzarətdədir.

 

Qeyd edək ki, Nargilə Əzizovanın 3 qızı var. Onlardan ikisi talassemiya xəstəsi, biri isə daşıyıcısıdır.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır