Beynin qan şəkərinə reaksiyasının xəritəsi tərtib edilib
28.05.2023 12:00

ABŞ-ın El Pasodakı Texas Universitetinin (UTEP) tədqiqatçıları beyində qan şəkərinin dəyişməsi səbəbindən aktivləşən bölgələrin xəritəsini tərtib ediblər.

 

Aztibb.az-ın medimagazin.com.tr-yə istinadla xəbərinə görə, UTEP-in Biologiya Elmləri departamentinin dosenti Ərşad Xanın rəhbərlik etdiyi tədqiqatçılar qrupu diabet xəstələri ilə yaxından əlaqəli olan yeni bir araşdırmaya imza atıblar.

 

Tədqiqat nəticəsində beyindəki qlükozanın həssas hüceyrə populyasiyası və bu strukturların beyindəki yeri haqqında məlumat əldə edilib.

 

Ə.Xan tapıntıların qlobal beyin xəritəsi və diabet xəstələrinin qan şəkərinə hüceyrə reaksiyalarının qiymətləndirilməsi istiqamətində mühüm addım olduğunu bildirib.

 

Araşdırmanın nəticələri “Journal of Clinical Medicine”-də dərc olunub.

 

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır