2018-2023-cü illərdə Azərbaycanda 231 min şəxsə əlillik təyin edilib
26.05.2023 11:55

2018-2023-cü illərdə ölkəmizdə 231 min şəxsə əlillik təyin edilib və təyinatdan sonra onlara əlilliyə görə sosial ödənişlər təyin olunub.

 

Aztibb.az-ın xəbərinə görə, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

 

Bildirilib ki, 2022-ci ilin iyul ayından tətbiq olunan yeni meyarlar əlilliyin artıq məhdud çərçivədə deyil, orqanizmin funksiyalarının pozulması faizi müəyyən edilməklə təyinatına, əlilliyin qiymətləndirilməsi sisteminin mütərəqqi dünya təcrübəsinə uyğun təkmilləşdirilməsinə imkan verib.

 

Yeni meyarlarla əlillik üç dərəcə əsasında deyil, orqanizm funksiyalarının itirilməsi faizi əsasında təyin olunur. Əlillik səbəbləri iki və daha çox olduqda, daha üstün sosial təminat hüququ verən əlillik təyinatı aparılır. Funksiyaların pozulma faizləri eyni olduqda, yekun göstərici 10 faiz, fərqli olduqda ən yüksək olan göstərici 10 faiz artırılır. Ümumilikdə əlillik təyinatına əsas verən meyarların sayında da 4 dəfədən çox artım olub.

 

Həmçinin 2018-ci ildən sonrakı dövrdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 12 reabilitasiya və sosial xidmət müəssisəsi əsaslı təmir və yenidənqurmadan sonra, ən müasir avadanlıqlarla təchiz edilərək istifadəyə verilib, Qəbələdə Uşaq Reabilitasiya Mərkəzi açılıb.

 

Yaxın aylarda Şamaxı Psixonevroloji Sosial Xidmət Müəssisəsi, Şəmkir Uşaq Reabilitasiya Mərkəzi açılacaq, Ağcabədi və Qubada da Uşaq Reabilitasiya mərkəzlərinin inşasına başlanılacaq.

 

2018-2023-cü illərdə yeni reabilitasiya mərkəzlərinin açılması və bərpa sisteminin müasirləşdirilməklə imkanlarının genişləndirilməsi reabilitasiya xidmətləri göstərilənlərin illik sayında 3 dəfə artıma imkan verib.

 

Həmin dövrdə nazirliyin müəssisələrində 100 min şəxsə reabilitasiya xidmətləri göstərilib, əlilliyi olan şəxslərə 240 min reabilitasiya vasitəsi, o cümlədən 431 son nəsil yüksək texnologiyalı protez verilib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır