Sumqayıtda Psixiatriya Xəstəxanasından oğurluq edən şəxslər saxlanılıb
26.05.2023 10:34

Sumqayıt şəhərində yerləşən Psixiatriya Xəstəxanasından dəyəri 46 min manat olan kompüter avadanlıqları və tibbi ləvazimatlar oğurlayan şəxslər saxlanılıb.

 

Aztibb.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

 

Bildirilib ki, naməlum şəxs və ya şəxslər 15-16 may tarixləri arasında xəstəxananın pəncərəsinin dəmir barmaqlıqlarını qıraraq içəridən ümumi dəyəri 46 min manat olan kompüter avadanlıqları, yaddaş qurğuları, tibbi ləvazimatlar və digər elektron avadanlıqlar oğurlayıblar.

 

Xəstəxanadan daxil olan məlumat əsasında dərhal Sumqayıt Şəhər Polis İdarəsində araşdırmalara başlanılıb. Hadisə yerinə baxış keçirilib müvafiq istinaq hərəkətləri icra edilib. Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəhər sakinləri Ziyəddin Qəmbərov və Azər Qasımov qısa müddətdə saxlanılaraq istintaqa təqdim olunublar. Hər iki şəxs ifadələrində etdikləri oğurluq hadisəsini etiraf ediblər.

 

Qeyd edək ki, xəstəxanadan oğurlanan avadanlıqların bir qismi saxlanılan şəxslərdən aşkar olunaraq maddi sübut kimi götürülüb.

 

Faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 177.2.3 (oğurluq, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə) maddəsi ilə cinayət işinin ibtidai istintaqına başlanılıb.

 

Ziyəddin Qəmbərov və Azər Qasımov təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

 

Bu şəxslərin qanunsuz əməllərindən zərərçəkən digər vətəndaşlar varsa, Sumqayıt Şəhər Polis İdarəsinə, "102" Xidməti-Zəng Mərkəzinə və ya DİN-in sosial şəbəkələrdəki rəsmi səhifələrinə müraciət edə bilərlər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib