Sumqayıt Tibb Mərkəzində Müstəqillik Gününə həsr olunan tədbir keçirilib
26.05.2023 10:14
Sumqayıt Tibb Mərkəzində (STM) 28 May - Müstəqillik Gününə həsr olunan tədbir keçirilib.
 
Aztibb.az-a STM-dən verilən xəbərə görə, öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
 
Sumqayıt Tibb Mərkəzinin direktoru Səkinə Sadıxova çıxışında xalqımızın istiqlal arzusunun nümunəsi olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixi və 23 aylıq fəaliyyəti dövrü haqqında məlumat verib. O, 70 il sonra 1990-cı ildə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə üç rəngli bayrağımızın öncə Naxçıvan Muxtar Respublikasının bayrağı kimi qəbul edildiyini, bir il sonra isə milli bayrağımızın Azərbaycan Respublikasının Dövlət Bayrağı kimi təsis edildiyini bildirib.
 
Direktor ölkə Prezidenti İlham Əliyevin “Müstəqillik Günü haqqında Azərbaycan Respublikasının Qanunu”na əsasən mayın 28-nin “Müstəqillik Günü” kimi təsis edildiyini vurğulayıb.
 
Səkinə Sadıxova çıxışında Azərbaycan Xalq Cümhuriyyəti dövründə həyata keçirilən tədbirlərin müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini söyləyib, bu dövrdə bir çox ilklərə imza atıldığını vurğulayıb.
 
Çıxışlarda zəngin dövlətçilik ənənələri olan Azərbaycan xalqının XX əsrin əvvəlində müsəlman Şərqində ilk demokratik respublika yaratmasının mühüm tarixi nailiyyət olduğu qeyd edilib. Bildirilib ki, Müstəqillik Günü Azərbaycan xalqının tarixində ən şanlı və parlaq səhifələrdən biridir. Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə müəyyənləşdirilən və həyata keçirilən hərtərəfli düşünülmüş, balanslaşdırılmış xarici siyasət nəticəsində şanlı Azərbaycan Ordusu 44 gün davam edən Vətən müharibəsində işğalçı Ermənistan ordusunu darmadağın edərək tarixi zəfərə imza atmış və uzun müddət işğal altında olan torpaqlarımızı azad etmişdir. Bu, Azərbaycan xalqının böyük tarixi Qələbəsidir. Bununla Müstəqillik Günü ikiqat əlamətdar tarixi bayrama çevrilib.
 
Çıxışlardan sonra Heydər Əliyev Fondunun təşəbbüsü ilə çəkilən “Son iclas” filmi nümayiş etdirilib.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır