Tibb üzrə 18 dissertasiya mövzusunun müzakirəsi aparılıb
26.05.2023 09:47

Azərbaycan Respublikası Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının Biologiya, aqrar və tibb elmləri üzrə Problem şurasının növbəti iclası keçirilib.

 

AMEA-dan Aztibb.az-a bildirilib ki, tədbirdə Problem şurasının işçi qruplarının üzvləri, eləcə də iddiaçılar, müvafiq dissertasiya işlərinin elmi rəhbərləri və məsləhətçiləri iştirak ediblər.

 

“Zoom” proqramı üzərindən keçirilən iclası AMEA-nın vitse-prezidenti, Problem şurasının sədri akademik İradə Hüseynova açaraq gündəlikdə duran məsələlər haqqında şura iştirakçılarını məlumatlandırıb.

 

İclasda tibb üzrə 18 dissertasiya mövzusu müzakirəyə çıxarılıb. Dissertasiya mövzuları t.e.d., dosent Rasim Cəfərli tərəfindən təqdim edilib.

 

Müzakirəyə çıxarılmış bəzi mövzuların adında dəyişikliklər edilməklə 17 iş müsbət qiymətləndirilərək qeydiyyata alınıb, 1 iş yenidən müzakirə üçün geri qaytarılıb.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Kriminal zəhərlənmələr:mərgümüş və risindən poloniuma və epibatidinə qədər
Qobustan RMX-da patronaj xidmətinin təşkili ilə bağlı təlim keçirilib
Mərkəzi Gömrük Hospitalında AZDAS İB və DAS Derneğinin nümayəndələri ilə görüş keçirilib
Milli Hematologiya və Transfuziologiya Mərkəzində “Aplastik anemiya” mövzusunda seminar keçirilib
Doğuş təcili tibbi yardım avtomobilində həyata keçirilib
IV ixtisas qrupu üzrə keçid balları dəyişəcək
Lerik Rayon Mərkəzi Xəstəxanasında növbəti qanvermə AKSİYASI
Pirallahı Tibb Mərkəzində oftalmoloji xidmətlərin əlçatanlığı genişləndirilir
Yüksək risk, güclü komanda: uğurla həyata keçirilən qeysəriyyə əməliyyatı
ATU ailəsinin üzvü Ramal Təbib oğlu: “İnam nə qədər çoxdursa, məqsəd o qədər yaxındır”
AQTA-nın sədri süd və süd məhsullarının emalı zavodunda olu
Mərkəzi Gömrük Hospitalının uşaq cərrahı AZTV-yə müsahibə verib
Azərbaycanlı həkimlər beynəlxalq arenada yeni uğurlara imza atır
Şahbuz rayonunda tibbi aksiya: 32 nəfər müayinədən keçib
Neftçalada tibbi aksiya: “Erkən müayinə can qurtarır!”