Qlobal istiləşmənin qarşısını almaq üçün sadə plan -Quterreşdən çağırış
12.10.2020 19:36

BMT-nin Baş katibi qlobal istiləşmə ilə mübarizə planını açıqlayıb. O, qlobal istiləşməni insan sivilizasiyasının mövcudluğuna təhlükə adlandırıb.

 

Aztibb.az BMT-nin Xəbərlər xidmətinə istinadla xəbər verir ki, Antonio Quterreş TED Countdown Beynəlxalq İqlim təşəbbüsünün himayəsi altında keçirilən forum iştirakçıları qarşısında çıxış edərək xəbərdarlıq edib: “İndi hərəkət etməyə başlamasaq, bu əsr bəşəriyyət üçün son əsr ola bilər”.


Antonio Quterreş qlobal istiliyin artımının 1,5 selsi səviyyəsində saxlanılması barədə elm adamlarının fikrini xatırladıb. İqlimşünasların tövsiyələrinə baxmayaraq, bu tövsiyə hazırda yerinə yetirilmir.


“Dünyada milyardlarla insan bizim hərəkətsizliyimizdən əziyyət çəkir, - deyə BMT-nin Baş katibi bildirib. Mədən yanacağından köklü asılılığa görə biz yerimizdə addımlayırıq. Qlobal iqlim dəyişikliyi görünməmiş meşə yanğınları, intensiv və tez-tez baş verən siklonlar, daşqınlar, quraqlıq və digər ekstremal hava hadisələri ilə nəticələnir”.


Antonio Quterreşin sözlərinə görə, dünyanın heç bir ölkəsi iqlim böhranından sığortalanmayıb. Eyni zamanda, hər bir dövlətdə iqlim dəyişikliyi probleminin ortaya çıxmasında ən az iştirak edən əhalinin yoxsul və həssas təbəqələri ən çox əziyyət çəkir.


BMT rəhbəri bildirib ki, son 25 ildə dünya əhalisinin 10 faizini təşkil edən ən zənginlərin payına atmosferə atılan karbon tullantılarının 50 faizi düşür, ən yoxsul 50 faizinin isə atmosferə atdığı tullantıların həcmi 7 faizdir. “Biz hələ də daha etibarlı, daha ədalətli və davamlı dünya qura bilərik. Amma sürətlə hərəkət etməliyik”, - deyə o bildirib.


Antonio Quterreş hökumətləri və bütün beynəlxalq ictimaiyyəti aşağıdakı prinsiplərə əsaslanan sadə plan qəbul etməyə çağırıb:


– “yaşıl” iş yerlərinə prioritet investisiyalar;


– ətraf mühiti çirkləndirən sənaye sahələrini dəstəkləməkdən imtina;


– mədən yanacağının hasilatı və emalı ilə məşğul olan müəssisələrin subsidiyalaşdırılmasının dayandırılması;


– istənilən maliyyə və siyasi qərarların qəbulu zamanı iqlim risklərinin uçotu;


– qarşılıqlı yardım və həmrəylik ruhunda qlobal əməkdaşlıq;


– planetdə sağlam iqlim uğrunda mübarizədə geridə qalmış dövlətlərə yardım.

 

“Bu fəaliyyət planını artıq 2050-ci ilə qədər istixana qazı tullantılarının azaldılmasına görə üzərinə öhdəlik götürən minlərlə şirkət, şəhər, bölgə, universitet və özəl investor yerinə yetirir, - deyə Antonio Quterreş qeyd edib. Mən hərəkatımıza qoşulanlara minnətdarlığımı bildirirəm. Qalanlarına bir daha demək istəyirəm ki, bu döyüşü yalnız birlikdə qazana bilərik”.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub