Teymur Musayevin sədrliyi ilə İƏT-ə üzv dövlətlərin səhiyyə nazirlərinin 5-ci iclası keçirilib
25.05.2023 16:19

Ümumdünya Səhiyyə Assambleyasının 76-ı sessiyası çərçivəsində Azərbaycanın səhiyyə naziri Teymur Musayevin sədrliyi ilə İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin səhiyyə nazirlərinin 5-ci iclası keçirilib.

 

Səhiyyə Nazirliyindən Aztibb.az-a verilən məlumata görə, nazir Teymur Musayev Azərbaycanın 1992-ci ildə İƏT-ə üzv seçildiyini və təşkilatın işində fəal iştirak etdiyini deyib. Bildirib ki, Bakıda 2010-cu ildə İƏT-ə üzv ölkələrin səhiyyə nazirlərinin 1-ci görüşü keçirilib. Onun sözlərinə görə, bu il ölkəmiz İƏT-də sədrlik mandatından istifadə edərək təşkilatın üzv ölkələrini pandemiyadan sonrakı bərpa reallıqlarını müzakirə etməyə, həmin mövzu ətrafında təcrübə mübadiləsinə və daha sıx əməkdaşlığa dəvət edir.

 

Teymur Musayev son 15 il ərzində Azərbaycan milli səhiyyəsinin və tibb elminin potensialının gücləndirilməsi istiqamətində görülən konstruktiv işlər barədə məlumat verib. Nazir, həmçinin COVID-19 pandemiyasının yaratdığı çətinliklər və əldə olunan təcrübələrdən danışıb. Bildirib ki, pandemiyanın başlanğıcından qısa müddət ərzində Azərbaycan hökuməti tərəfindən COVID-19-la mübarizədə dövlət orqanlarının fəaliyyətini əlaqələndirmək üçün İşçi Qrup yaradılıb. Eyni zamanda, ciddi və sərt təcrid tədbirləri tətbiq edilib, diaqnostik laboratoriyanın sayı əhəmiyyətli dərəcədə artırılıb, modul tipli xəstəxanalar istifadəyə verilib və digər zəruri addımlar atılıb.

 

Beynəlxalq müstəvidə Azərbaycanın atdığı humanist addımlardan danışan nazir Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) 10 milyon ABŞ dolları həcmində könüllü maliyyə ianə edildiyini, onun 5 milyonunun birbaşa İrana ayrıldığını, koronavirusa qarşı mübarizəni dəstəkləmək üçün Qoşulmama Hərəkatının üzvləri və digər ölkələrə 150 min doza peyvənd göndərildiyini deyib. “Başqa ölkələrdən, o cümlədən Çindən, Rusiyadan, Türkiyədən, Avropa İttifaqından humanitar yardımlar alındı. Bu, hamımıza pandemiyanın öhdəsindən gəlməyə kömək edən beynəlxalq həmrəyliyin göstəricisi idi. İndi pandemiyadan sonrakı bərpa haqqında düşünməyin vaxtıdır. Ümumi canlanma ölkələrimizin iqtisadiyyatının bərpası ilə birbaşa bağlıdır. Bu baxımdan, İƏT ölkələrinin əməkdaşlığının genişləndirilməsi olduqca önəmlidir”, - deyə nazir bildirib.

 

Diqqətə çatdırılıb ki, Azərbaycan hökumətinin müraciəti əsasında ÜST ekspertlər qrupu tərəfindən Beynəlxalq Səhiyyə Qaydalarına dair uğurlu Birgə Xarici Qiymətləndirmə aparılıb. Bu, ölkə səhiyyə sisteminin problemlərinin aşkar etməsinə və gələcək fövqəladə hallara hazırlığı təkmilləşdirilməsinə kömək edir.

 

Azərbaycanın səhiyyə naziri, həmçinin bildirib ki, koronavirusla mübarizə təcrübəsi göstərdi ki, hazırlıq və cavab planları icmaların və özəl sektorun fəal iştirakı ilə dövlət və qeyri-hökumət orqanları arasında əlaqələndirilmiş əməkdaşlığı ehtiva etməlidir. Maliyyə və insan resurslarının səfərbər edilməsi mexanizminin olması da vacibdir. Beynəlxalq məsləhətçilik, ÜST kimi nüfuzlu beynəlxalq tərəflərlə əməkdaşlıq ən yaxşı təcrübələrə və yardıma çıxış əldə etmək üçün çox zəruridir. Qeyri-infeksion xəstəliklərin immunizasiyası və profilaktikası üzrə müntəzəm işlər səhiyyə sahəsində fövqəladə halların vətəndaşlarımızın rifahına mənfi təsirini azaltmağa kömək edir.

 

İclasın yekununda “Səhiyyə sahəsində Əməkdaşlığa dair 2016-2025-ci illər üçün Yenidən İşlənmiş Fəaliyyət Planı” təsdiqlənib.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu vakansiya elan edir
 Cəbrayıl RMX-da yanğın təhlükəsizliyi və təxliyə qaydaları ilə bağlı təlim keçirilib   
Mərkəzi Klinika vakansiya elan edir
Azərbaycan tibbində növbəti uğur: Səhiyyə Nazirliyi Bakı Sağlamlıq Mərkəzinin Aritmologiya bölməsi beynəlxalq akkreditasiya alıb
Gəncədə Dünya Allergiya Həftəsi ilə bağlı tədbirlər təşkil olunur
Bu ilin yanvar-may aylarında 18 mindən çox uşağa reabilitasiya xidmətləri göstərilib
 Bakıda Asiya üzrə Beynəlxalq Ginekologiya Konqresi keçirilib   
Nizami Tibb Mərkəzi onlayn növbə sistemi aktivləşdirilən 4-cü müəssisə oldu
Laçında tibbi aksiya: 100-ə yaxın vətəndaş tibbi müayinələrdən keçib
Uşaq sağlamlığı dövlətin gələcəyinə sərmayədir
Tədris Cərrahiyyə Klinikasında 11 yaşlı pasiyent üzərində cərrahi əməliyyat uğurla icra olunub
Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin nümayəndə heyəti Fəxri Xiyabanı ziyarət edib
ADHTİ-nin Plastik və Rekonstruktiv Cərrahiyyə klinikasında ölkəmizdə ilk dəfə olaraq unikal əməliyyat icra olunub
 ATU-da Data-analitika və Süni İntellekt Laboratoriyasının açılışı olub   
Yardımlının Təşkən və Səpəradi kəndlərində tibbi AKSİYA