Tədqiqat: Elektron siqaretlərdə yüksək səviyyədə qurğuşun çıxıb
25.05.2023 16:16

Böyük Britaniyada aparılan bir araşdırma göstərib ki, elektron siqaretlərdə qurğuşun səviyyəsi iki dəfədən çox, nikel isə doqquz dəfə çoxdur.

 

Aztibb.az-ın medimagazin.com.tr-yə istinadla xəbərinə görə, Böyük Britaniyanın Kidderminster bölgəsindəki Baxter Kollecinin tələbələrinin elektron siqaretləri Liverpuldakı Inter Scientific laboratoriyasında sınaqdan keçirilib. Nəticələr göstərib ki, elektron siqaretlərdə təhlükəsiz qurğuşun səviyyəsindən iki dəfədən çox, nikel isə doqquz dəfə çoxdur.

 

Həmçinin müəyyən edilib ki, bəzi cihazlarda elektron mayedə qızdırıldıqda parçalanan karbonillər, yəni birləşmələr on dəfədən artıqdır.

 

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, yüksək miqdarda qurğuşuna məruz qalma beyin və mərkəzi sinir sisteminin inkişafına təsir göstərə bilər. Böyük Britaniyada 18 yaşından kiçik hər kəsə elektron siqaret satmaq qeyri-qanunidir, lakin YouGov-un keçən ay keçirdiyi sorğu göstərib ki, 11-17 yaşlı gənclərin 11,6 faizi tərkibində nikotin olan məhsullardan istifadə edirlər.

 

Laboratoriyada kollecdəki elektron siqaretlərin əksəriyyətinin qanunsuz olduğu və satışdan əvvəl sınaqdan keçirilmədiyi də müəyyən edilib.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
İctimai Səhiyyə və İslahatlar Mərkəzi ilə Kistik Fibroz Xəstələrinə Yardım İctimai Birliyi arasında Memorandum imzalanıb
Ağciyərin sağlamlığını qorumağın ən mühüm yollarından biri tütün məhsullarından uzaq durmaqdır
 Yeni Klinikada ABADD rəhbərliyi ilə canlı tibbi konsilium keçirilib   
 “Ürəyinin ritmini tut!” devizi altında elmi-praktiki seminar keçirilib
 Tovuzun ucqar dağ kəndi Kirəndə səyyar tibbi müayinə keçirilib
Uşağın tez-tez xəstələnməsi normaldırmı, yoxsa zəif immunitetin göstəricisidir?
 Qəbələ RMX-da maarifləndirici təlim: “Yenidoğulmuşlarda reanimasiya tədbirləri”    
Oromandibulyar distoniya nədir?
 Milli İmmunlaşdırma Kampaniyası çərçivəsində peyvəndləmə davam etdirilir   
İSİM-in bir qrup işçisi təltif olunub
Diabet və böyrəklər: səssiz təhlükə
Xaçmaz rayonu Nabran kənd sakinlərinin səyyar tibbi müayinəsi təşkil olunub
Gəncədə 
 Ağsu Rayon Mərkəzi Xəstəxanasında qanvermə AKSİYASI