Azərbaycanın səhiyyə naziri ÜST-nin Baş direktoru ilə görüşüb
25.05.2023 10:18

Ümumdünya Səhiyyə Assambleyasının 76-cı sessiyası çərçivəsində Azərbaycan nümayəndə heyətinin rəhbəri, səhiyyə naziri Teymur Musayevlə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus arasında görüş keçirilib.

 

Bu barədə Aztibb.az-a Səhiyyə Nazirliyindən məlumat verilib.


Görüşün əvvəlində Azərbaycan nümayəndə heyətinin rəhbəri Ümümdünya Səhiyyə Təşkilatının 75 illik yubileyi münasibətilə ÜST-nin Baş direktorunu təbrik edib.


O, bu il Azərbaycanda 100 illik yubileyi qeyd edilən xalqımızın Ümummilli Lideri Heydər Əliyevin ölkəmizin ÜST-lə uğurlu və sıx əməkdaşlığının əsasını qoyduğunu diqqətə çatdırıb. Teymur Musayev, həmçinin Prezident İlham Əliyevin nüfuzlu səhiyyə təşkilatı ilə münasibətlərin daha da inkişafına böyük önəm verdiyini vurğulayıb.


Nazir COVID-19 pandemiyası dövründə Azərbaycan Respublikası Prezidentinin Qoşulmama Hərəkatının sədri qismində pandemiya ilə mübarizədə qlobal səylərin səfərbər edilməsi üçün bir sıra təşəbbüslər irəli sürdüyünü bildirib.

 

ÜST-nin COVID-19-la bağlı fövqəladə vəziyyətin başa çatdığını elan etdiyini vurğulayan Teymur Musayev pandemiya dövründə Azərbaycanla səmərəli əməkdaşlığa və verdiyi dəstəyə görə Tedros Adhanom Qebreyesusa təşəkkür edib.

 

Təşkilatın Baş direktoru Tedros Adhanom Qebreyesus Azərbaycan Prezidenti İlham Əliyevin ÜST ilə əməkdaşlığa verdiyi önəmi yüksək qiymətləndirib. O, xüsusən pandemiya dövründə Azərbaycanın Təşkilata etdiyi humanitar yardımları, eyni zamanda, xəstəliyin aradan qaldırılması məqsədilə ölkələri birgə əməkdaşlığa səsləyən qlobal çağırışları xatırladıb.


Tedros Adhanom Qebreyesus, həmçinin Azərbaycanın malyariyadan azad ölkə elan edilməsi münasibətilə təbriklərini çatdırıb və bu təcrübənin digər ölkələr üçün də bir nümunə olduğunu bildirib.


Sonda tərəflər arasında səhiyyə böhranlarına hazırlıq və cavab tədbirlərinin gücləndirilməsi, ilkin səhiyyə xidmətlərində beynəlxalq səviyyədə təsdiq olunmuş rəqəmsal həllərin tətbiqinin vacibliyi, eləcə də digər qarşılıqlı maraq kəsb edən məsələlərə dair fikir mübadiləsi aparılıb.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır