İcbari tibbi sığortalanmaya dövlət büdcəsindən 977,4 milyon manat ayrılıb
24.05.2023 11:22

Keçən il dövlət büdcəsinin vəsaiti hesabına əhalinin icbari tibbi sığortalanmasına 977,4 milyon manat ayrılıb.

 

Aztibb.az-ın “Report”a istinadla xəbərinə görə, bu, “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsində əksini tapıb.

 

Layihədə qeyd edilib ki, son 5 ildə, yəni 2018-ci ildə icra olunmuş səhiyyə xərclərinin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 2022-ci illə müqayisədə 1,3 faiz-bənd, mütləq ifadədə isə 708 milyon manat və ya 2 dəfə artıb.

 

Hesabat ilində istifadə edilmiş səhiyyə xərclərinin 79,2 faizi və ya 1122,6 milyon manatı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin payına düşür ki, bu da 2021-ci illə müqayisədə 78 milyon manat və ya 7,5 faiz çoxdur. Həmin vəsaitin 977,4 milyon manatı əhalinin dövlət büdcəsinin vəsaiti hesabına icbari tibbi sığortalanmasına, 143,3 milyon manatı səhiyyə sahəsində dövlət proqramlarının və tədbirlərinin icrasına və 1,9 milyon manatı Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikasının müalicə-diaqnostika avadanlıqlarının yenidən komplektləşdirilməsi ilə bağlı xərclərə yönəldilib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır