ATU-nun 16 tələbəsi Nərimanov Tibb Mərkəzində işlə təmin edilib
24.05.2023 10:19
TƏBİB və Azərbaycan Tibb Universitetinin (ATU) ilə birgə layihəsi olan "Azərbaycan Tibb Universitetinin Müalicə və profilaktika fakültəsinin sonuncu kurs tələbələrinin TƏBİB-in tabeliyində olan tibb müəssisələrində orta tibb heyəti üzrə işə qəbulu" proqramı üzrə görülən işlərin davamı olaraq Nərimanov Tibb Mərkəzində işlə təmin olunmuş ATU nun bir qrup tələbələri ilə müəssisənin direktoru Fazil Alməmmədov və şöbə müdirləri görüş keçirib.
 
Bu barədə Aztibb.az-a Nərimanov Tibb Mərkəzindən məlumat verilib.
 
Görüşdə əsas məqsəd tələbələrin arzu və problemləri ilə maraqlanmaq, onların işlə əlaqədar istək və təkliflərinin əlçatanlığını təmin etmək olub.
 
Fazil Alməmmədov yeni kadrlara baş tibb bacıları ilə əlaqəli işləməyi məsləhət verib, yaranan problemlər olarsa Kadrlarla iş şöbəsinə müraciət edə biləcəklərini söyləyib.
 
Cərrahiyyə şöbəsinin müdiri, cərrah Rauf Cəlilov öz növbəsində tələbələrin fəaliyyətindən razılığını bildirərək, onların əməliyyatlarda iştiraklarının təmin edildiyini deyib.
 
Tələbələr yaradılan şəraitə görə Nərimanov Tibb Mərkəzinin direktoru Fazil müəllim başda olmaqla, şöbə müdirlərinə təşəkkür ediblər.
 
Qeyd edək ki, ümumilikdə 16 tələbə Nərimanov Tibb Mərkəzində işlə təmin olunub.
 
 
 
 
 
 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır