Ümumdünya Səhiyyə Assambleyasının sessiyası çərçivəsində Azərbaycanın nümayəndə heyəti bir sıra görüşlər keçirib
23.05.2023 18:43

Ümumdünya Səhiyyə Assambleyasının 76-cı sessiyası çərçivəsində Azərbaycanın səhiyyə naziri Teymur Musayevin rəhbərlik etdiyi nümayəndə heyəti təşkilatın üzv ölkələrinin səhiyyə nazirləri ilə ikitərəfli görüşlər və digər işgüzar tədbirlər keçirir.

 

Səhiyyə Nazirliyindən Aztibb.az-a bildirilib ki, Niderlandın ictimai səhiyyə, sosial təminat və idman naziri Ernst Keypersin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş baş tutub.


Bir çox sahələrdə ikitərəfli əlaqələrin inkişaf etdiyini qeyd edən Teymur Musayev milli səhiyyə müəssisələri arasında təcrübə mübadiləsi üçün böyük potensialın olduğunu vurğulayıb. Onun sözlərinə görə, yüksək ixtisaslı həkimləri və müasir tibb müəssisələrini özündə birləşdirən Niderland səhiyyə sistemi Avropada nümunəvi model kimi tanınır. Həmçinin, əczaçılıq və tibb avadanlıqlarının istehsalı və satışı üzrə dünyanın aparıcı ölkələrindən biridir.

 

Sonda Teymur Musayev ölkələrimizin səhiyyə nazirlikləri arasında gələcəkdə əməkdaşlığın daha da uğurla inkişaf etdiriləcəyinə ümidvar olduğunu deyib.

 

Öz növbəsində Ernst Keypers də nazirliklər arasında qarşılıqlı səmərəli əlaqələrin qurulmasında maraqlı olduğunu bildirib. Niderlandın ictimai səhiyyə, sosial təminat və idman naziri qeyd edib ki, ölkələrimizin səhiyyəsinin səmərəliliyini artırmaq məqsədilə tibb təhsili sahəsində qarşılıqlı fəaliyyət üçün bütün zəruri vasitələr mövcuddur.

 

Görüşdə səhiyyə və tibb elmi sahəsində əməkdaşlığın genişləndirilməsi, transplantasiya sahəsində akademik təcrübələrin tətbiqi, birgə layihələrin həyata keçirilməsi və maraq doğuran digər məsələlərlə bağlı geniş fikir mübadiləsi aparılıb.


Azərbaycanın nümayəndə heyəti tibbi avadanlıqların istehsalı üzrə dünya lideri olan “Royal Philips” şirkətinin Qlobal Hökumət və İctimai məsələlər üzrə vitse-prezidenti Jan-Villem Şeiqrondla da görüş keçirib.

 

Görüş zamanı şirkətin istehsal etdiyi yüksək texnoloji avadanlıqlarının Azərbaycan səhiyyəsində tətbiqi, ölkəmizin tibbi tədqiqatlar zamanı şirkətin nou-xau nailiyyətlərin tədbiqi geniş müzakirə predmeti olub.

 

Həmçinin Azərbaycanın nümayəndə həyati xilasedici dərmanlara çıxış imkanlarının genişləndirilməsinə və onların inkişafının təşviqinə həsr olunmuş BMT-nin dəstəklədiyi ictimai səhiyyə təşkilatı olan “Medicines Patent Pool”un icraçı direktoru Çarlz Qorla görüş keçirib.

 

Görüş çərçivəsində əzcasçılıq sahəsində yüksək keyfiyyətli və insan sağlamlığı faktorunu qoruyan beynəlxalq patentə və sertifikasiyaya malik daha geniş spektrli dərman preparatlarının ölkəmizdə də gələcəkdə istehsal və istehlakının təşkili məsələləri müzakirə olunub.

ÇOX OXUNANLAR
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu vakansiya elan edir
 Cəbrayıl RMX-da yanğın təhlükəsizliyi və təxliyə qaydaları ilə bağlı təlim keçirilib   
Mərkəzi Klinika vakansiya elan edir
Azərbaycan tibbində növbəti uğur: Səhiyyə Nazirliyi Bakı Sağlamlıq Mərkəzinin Aritmologiya bölməsi beynəlxalq akkreditasiya alıb
Gəncədə Dünya Allergiya Həftəsi ilə bağlı tədbirlər təşkil olunur
Bu ilin yanvar-may aylarında 18 mindən çox uşağa reabilitasiya xidmətləri göstərilib
 Bakıda Asiya üzrə Beynəlxalq Ginekologiya Konqresi keçirilib   
Nizami Tibb Mərkəzi onlayn növbə sistemi aktivləşdirilən 4-cü müəssisə oldu
Laçında tibbi aksiya: 100-ə yaxın vətəndaş tibbi müayinələrdən keçib
Uşaq sağlamlığı dövlətin gələcəyinə sərmayədir
Tədris Cərrahiyyə Klinikasında 11 yaşlı pasiyent üzərində cərrahi əməliyyat uğurla icra olunub
Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin nümayəndə heyəti Fəxri Xiyabanı ziyarət edib
ADHTİ-nin Plastik və Rekonstruktiv Cərrahiyyə klinikasında ölkəmizdə ilk dəfə olaraq unikal əməliyyat icra olunub
 ATU-da Data-analitika və Süni İntellekt Laboratoriyasının açılışı olub   
Yardımlının Təşkən və Səpəradi kəndlərində tibbi AKSİYA