Tibb tarixində İLK: Süni intellekt həyat xilas edir
23.05.2023 16:22

Türk Beyin Layihəsi çərçivəsində inkişaf etdirilən real zamanlı süni intellekt sistemi ilə beynində şiş diaqnozu qoyulan xəstəyə təcili müdaxilə edilərək onun həyatı xilas edilib. Xəstə süni intellekt tərəfindən aşkarlanan və təcili müalicə olunan ilk klinik hadisə kimi tibb tarixinə düşüb.

 

Bu barədə Aztibb.az medimagazin.com.tr-yə istinadla xəbər verir.

 

Belə ki, Qazi Universiteti Tibb Fakültəsi Xəstəxanası Beyin və Sinir Cərrahiyyəsi Poliklinikasına qeyri-spesifik baş ağrısı şikayəti ilə müraciət edən qadın xəstədən həkim maqnit rezonans tomoqrafiyası (MRT) istəyib. Xəstə MRT cihazında olarkən real vaxt rejimində onun məlumatlarını analiz edən süni intellekt alqoritmi vasitəsilə şiş aşkarlandıqdan sonra təcili əməliyyata alınan xəstənin həyatı erkən müdaxilə ilə xilas edilib.

 

Bu hadisə "Journal of Neurosurgery: Case Lessons"da dərc edilib və süni intellekt alqoritmi ilə diaqnoz qoyulan ilk hal kimi tibbi ədəbiyyata daxil olub.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır