Quba Rayon Mərkəzi Xəstəxanasında Ulu Öndər Heydər Əliyevin xatirə güşəsinin açılışı olub
23.05.2023 15:16
Quba Rayon Mərkəzi Xəstəxanasında Ulu Öndər Heydər Əliyevin xatirə güşəsinin açılışı və “Ulu Öndər Heydər Əliyevin irsi milli sərvətimizdir” mövzusunda elmi-praktik konfrans keçirilib.
 
Aztibb.az-a Xəstəxanadan bildirilib ki, tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev, Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatının sədri, Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri və “Quba Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin kollektivi iştirak ediblər.
 
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş xatirə güşənin açılışı olub.
 

Guşədə Heydər Əliyevin müxtəlif dövrlərdə lentə alınmış şəkilləri, dahi siyasətçinin ayrı-ayrı sahələrdə həyata keçirdiyi tədbirlərə dair məlumatların toplandığı kitablar yer alıb.

 

Tədbir Ulu Öndərin və ərazi bütövlüyümüz uğrunda canından keçən qəhrəman Vətən övladlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

 

Quba Rayon Mərkəzi Xəstəxanasının direktoru Əliyar Sərvərov Ümummilli Liderin həyata keçirdiyi siyasətin ölkəmizdə bütün sahələri, o cümlədən səhiyyə sahəsini canlandırdığını vurğulayıb. O, səhiyyə sahəsində qazanılan uğurların, aparılan islahatların təməlinin məhz Ulu Öndərlə bağlı olduğunu diqqətə çatdırıb. Ə.Sərvərov bu missiyanın ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən layiqincə davam etdirildiyin bildirib.
 
Sonra Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev çıxış edərək Heydər Əliyevin tibb sahəsində peşəkar kadırların yetişdirilməsindəki rolundan, müstəqillik illərinin ilk dönəmində təhsil alan gənclərin dünyanın qabaqcıl tibb müəssislərində təhsilini davam etdirmələrinə yaratdığı şəraitdən bəhs edib. Bildirib ki, həmin gənclər bu gün müasir Azərbaycanın səhiyyəsində inanılamaz uğurlara imza atmaqdadırlar.
 
Daha sonra xəstəxananın Cərrahiyyə işləri üzrə müavin İlham Sadıqov, Quba Rayonlararası Psixonevrolojı Reabilitasiya Mərkəzinin baş həkimi Nəriman Qurbanova, Cərrahiyyə şöbəsinin müdiri Gəray Qurbanova çıxış edərək Ümummilli Liderin səhiyyəmizə göstərdiyi diqqət və qayğının, ölkədə həyata keçirilən sosialyönümlü siyasətin bu sahədə mühüm nailiyyətlər əldə edilməsi, beynəlxalq arenada nüfuzumuzun yüksəlməsi ilə nəticələndiyini qeyd ediblər.
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib