ÜST Azərbaycanda ilk dəfə Birgə Xarici Qiymətləndirmə həyata keçirib
23.05.2023 12:15
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi ilə birgə əməkdaşlıq şərçivəsində Azərbaycanda ilk dəfə Birgə Xarici Qiymətləndirməni (BXQ) həyata keçirib.
 
Aztibb.az ÜST-nin Azərbaycan nümayəndəliyinə istinadla xəbər verir ki, BXQ çərçivəsində ÜST-nin mütəxəssisləri və beynəlxalq ekspertlərdən ibarət 13 nəfərlik heyət ölkənin məsul qurumları ilə birgə görüşlər və sahə səfərləri təşkil edib.
 
BXQ fövqəladə hallara qarşı hazırlıq səviyyəsinin müəyyən edilməsi, qiymətləndirilməsi və qarşısının alınması üçün lazım olan alətlərdən biridir. BXQ-nin keçirilməsində əsas məqsəd ölkədə fövqəladə hallara qarşı hazırlıq səviyyəsini müəyyən etmək, hədəflərin əlçatanlığını ölçmək və beynəlxalq tibbi-sanitariya qaydalarının tətbiqi ilə ölkədə səhiyyə potensialını gücləndirməkdir.
 
Sual-cavab formatında keçirilən görüşlərdə ekspert heyəti 19 sahədən ibarət olan alətin hər sahəsi üzrə hesabat və prioritet tövsiyələri hazırlayıb. Sahə səfərləri zamanı ekspert komandası qrup şəklində Səhiyyə Nazirliyi, TƏBİB, Fövqəladə Hallar Nazirliyinin Akademiyası və Böhran Mərkəzi, Dövlət Gömrük Komitəsinin Beynəlxalq Dəniz Limanı, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi, Bakı Sağlamlıq Mərkəzi və digər səhiyyə müəssisələrini ziyarət edib.
 
Yekunda dövlət qurumlarının rəhbərliyinin iştirakı ilə BXQ nəticələri üzrə brifinq keçirilib.
 
Qeyd edək ki, Birgə Xarici Qiymətləndirmə ÜST-nin Səhiyyədə Fövqəladə Hallar Proqramının dəstəyilə həyata keçirilib.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır