Qoşqar Təhməzlinin rəhbərlik etdiyi nümayəndə heyətinin Fransaya işgüzar səfəri davam edir  
23.05.2023 11:47

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzlinin rəhbərlik etdiyi nümayəndə heyətinin Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı (ÜHST) Nümayəndələrinin Ümumdünya Assambleyasının 90-cı Baş Sessiyasında iştirak etmək üçün Fransaya işgüzar səfəri davam edir.

 

AQTA-dan Aztibb.az-a verilən məlumata görə, səfər çərçivəsində AQTA-nın nümayəndə heyəti Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı Nümayəndələrinin Ümumdünya Assambleyasının 90-cı Baş Sessiyasının açılış mərasimində iştirak edib. 90-cı Baş Sessiyanın açılış mərasimində ÜHST-nin prezidenti, təşkilatın Baş direktoru, eləcə də bir çox hökumət və beynəlxalq qurumların nümayəndələrinin çıxışları olub. Sessiyanın ilk günündə heyvan mənşəli xəstəliklərin qarşısının alınması və nəzarəti istiqamətində gələcək strateji addımlar müəyyənləşdirilib. Yüksək səviyyəli panel müzakirəsi, müxtəlif mövzular üzrə fikir mübadiləsi aparılıb və fəxri mükafatların təqdimat mərasimi keçirilib.

 

Sessiyada heyvan mənşəli xəstəliklərin qarşısının alınması və nəzarəti istiqamətində strateji addımlar müəyyənləşdiriləcək, panel müzakirəsi və müxtəlif mövzular üzrə fikir mübadiləsi aparılacaq.

 

Səfər çərçivəsində Q.Təhməzli ÜHST-nin Baş direktoru Monik Elua ilə də görüşüb. Görüşdə Azərbaycanın xırdabuynuzlu heyvanların taunu xəstəliyindən azad statusunun təsdiqlənməsi, dabaq (FMD) xəstəliyindən azad statusu üçün mərhələli yanaşmanın tətbiq edilməsi və ilkin mərhələdə zonalar müəyyənləşdirməklə sağlamlaşdırma məsələlərinə ÜHST tərəfindən texniki dəstəyin göstərilməsi, eyni zamanda ÜHST tərəfindən təşkil olunan regional tədbirlərə Azərbaycanın ev sahibliyi etməsi təşəbbüsü üzrə müzakirələr aparılıb.

 

Görüş zamanı AQTA sədri bildirib ki, ötən il ölkəmizdə PVS aləti vasitəsilə qiymətləndirmə aparılıb və qiymətləndirmə missiyasının hesabatına quduzluq xəstəliyi ilə əlaqədar xüsusi araşdırma planı daxil edilib. PVS hesabatından irəli gələn məsələlərin icrasına başlanıldığını və bu ilin yanvarında Azərbaycanda, habelə regionda ilk dəfə aviasiyadan istifadə etməklə, vəhşi heyvanlarda quduzluğa qarşı aldadıcı yem vasitəsilə peyvəndləmə aparıldığını bildirən Q.Təhməzli gələcəkdə bu sahədə tədbirlərin regional miqyas almasını məqsədəuyğun hesab edib.

 

Görüşdə, həmçinin Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) ilə ÜHST-nin Elmi Komissiyası arasında əməkdaşlıq əlaqələrinin yaradılması və İnstitutun ÜHST-nin əməkdaşlıq mərkəzi kimi fəaliyyət göstərməsi, heyvan sağlamlığı və baytarlıq nəzarəti sahəsi üzrə kadr hazırlığının gücləndirilməsi ilə bağlı müvafiq əməkdaşlığın genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb və təkliflər irəli sürülüb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır