Azərbaycanın ilk tibb elmləri doktoru Sona Vəlixan - "Dahi təbiblər" rubrikası
22.05.2023 10:52

"Dahi təbiblər" rubrikasında Azərbaycan tarixində ilk ali tibbi təhsili olan və ilk tibb elmləri doktoru elmi dərəcəsi alan alim Sona Vəlixan haqqında məlumatları təqdim edirik. 

 
Aztibb.az xəbər verir ki, Sona İbrahim qızı Vəlixan 1883-cü ildə Qazaxda anadan olub. 1908-ci ildə Peterburq Tibb İnstitutunu bitirib. 1923-1939-cu illərdə Azərbaycan Tibb İnstitutunun Göz xəstəlikləri kafedrasında assistent, dosent və professor vəzifələrində çalışıb. 1939-1971-ci illərdə Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Göz xəstəlikləri kafedrasının müdiri işləyib. 1946-1960-cı illərdə S.Vəlixan Azərbaycan Elmi-Tədqiqat Oftalmologiya İnstitutunun elmi işlər üzrə direktor müavini kimi elmi fəaliyyətini davam etdirib. 
 
O, 60-dan artıq elmi əsərin, o cümlədən 2 monoqrafiyanın müəllifidir. Alimin rəhbərliyi altında 3 doktorluq və 18 namizədlik dissertasiyası müdafiə edilib.
 
Sona Vəlixanın elmi fəaliyyət istiqamətləri əsasən cüzam, sifilis, vərəm və müxtəlif şişlər nəticəsində zədələnmiş görmə üzvünün morfoloji dəyişiklikləri, gözün zədəsi, qlaukoma və traxoma problemlərinə həsr olunub. Bu isə, həmin dövrdə tibbin oftalmologiya sahəsində göz xəstəliklərinin aradan qaldırılmasında böyük rol oynayıb.
 
Alimin nailiyyətləri dünyanın bir çox elmi qurumları tərəfindən maraqla qarşılanıb, beynəlxalq təşkilatlar onun elmi yaradıcılığını yüksək qiymətləndiriblər. Sona xanım Vəlixanın “Endoftalmitin patoloji anatomiyasına dair” məqaləsi Nobel Komitəsinin diqqətini cəlb edib və professorun mükafata namizədliyi qeydiyyata alınıb. Məlum olduğu kimi, II Dünya müharibəsi zamanı Nobel Komitəsinin fəaliyyətində yaranan durğunluq nəticəsində Sona Vəlixanın elmi işi Nobel Mükafatına layiq görülməkdən məhrum olub.
 
Professor Sona Vəlixan Moskva və Vyana Universitetinin Tibb fakültəsində təhsil almış ilk azərbaycanlı həkim-psixiatr olub. O, Əməkdar elm xadimi fəxri adına layiq görülüb, bir sıra orden və medallarla təltif olunub.
 
Alim 1982-ci ildə 99 yaşında vəfat edib.
 
Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır