Bakı Baş Səhiyyə Mərkəzində təlim keçirilib
21.05.2023 08:47

Bakı Baş Səhiyyə Mərkəzində tabeli ailə sağlamlıq mərkəzlərinin tibb mərkəzləri ilə əlaqəli işinin təşkili, göstərilən tibbi xidmətlərin elektron qeydiyyat sisteminə daxil edilməsi zamanı yol verilən nöqsanların müzakirəsi və aradan qaldırılması mövzusunda təlim keçirilib.

 

Bu barədə Aztibb.az-a Mərkəzdən xəbər verilib.

 

Mərkəzin İxtisaslı tibbi xidmətlərin təşkili şöbəsinin müdiri Aytən Sultanova, Nərimanov Tibb Mərkəzinin Xəstə xidmətləri şöbəsinin müdiri Səfər Maqsudov tərəfindən keçirilən təlimdə TƏBİB-in tabeliyində fəaliyyət göstərən Suraxanı və Pirallahı Tibb Mərkəzlərinin nümayəndələri, Bakı Baş Səhiyyə Mərkəzinin tabeliyində fəaliyyət göstərən ailə sağlamlıq mərkəzlərinin sahə həkimləri, həkim-terapevtləri və həkim-pediatrları iştirak ediblər.

 

Nərimanov Tibb Mərkəzinin şöbə müdiri Səfər Maqsudov ailə sağlamlıq mərkəzlərində vətəndaşların müayinə və müalicə prosesi zamanı tibbi məlumatların elektron qeydiyyat sisteminə daxil edilməsi zamanı qarşıya çıxan nöqsanlar və onların həlli yollarını təlim iştirakçılarının diqqətinə çatdırıb, bu məsələlərin tibbi xidmətin keyfiyyətinin yüksəldilməsinə, vətəndaşların əlavə vaxt itkisinin aradan qaldırılmasına xidmət etdiyini vurğulayıb.

 

Təlimdə, həmçinin tibbi arayış, əməliyyat və digər tibbi xidmətlərə dair göndərişlərin verilməsi, onların elektron sistemə qeydiyyatı zamanı üzə çıxan çətinliklər təlim iştirakçılarının nəzərinə çatdırılıb, nöqsanların aradan qaldırılması ilə bağlı onlara ciddi tapşırıqlar verilib.

 

Sonda təlim iştirakçılarının sualları cavablandırılıb.

 

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib