Pandemiya dövründə imtahanların keçirilmə qaydası - Arayış veriləcək
20.07.2020 17:28

Pandemiya dövründə imtahanların keçirilməsi ilə bağlı Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən təlimat hazırlanıb.

 

Aztibb.az xəbər verir ki, bunu DİM-in  mətbuat katibi Xanlar Xanlarzadə Operativ Qərargahın bugünkü brifinqində deyib.

 

Bildirib ki, imtahanlarda 143 minə yaxın şagird iştirak edib. DİM tərəfindən pandemiya dövründə imtahanların təşkili üçün tədbirlər həyata keçirilib.


"Kütləviliyin azaldılması məqsədilə lokal şəraitdə imtahanlar keçirildi. Bu bizə imkan verdi ki, bir binada 250 nəfər iştirak etsin. Eyni zamanda, virusa yoluxma faktı da görülən tədbirlərə uyğun olaraq qeydə alınmayıb", - deyə X.Xanlarzadə qeyd edib.

 

Onun sözlərinə görə, ilk 3 həftə ərzində keçirilən bütün imtahanların nəticələri elan olunub:

 

"2-3, 10 iyulda keçirilən imtahanlarında iştirak edən 19 min abituriyentin nəticələri də elan olunub. Qarşıdakı həftədə də qəbul imtahanlarının keçirilməsi nəzərdə tutulur".

 

Xanlar Xanlarzadə əlavə edib ki, DİM Operativ Qərargaha müraciət edərək, imtahanların keçirilməsi üçün icazə alıb və 23-24 iyulda qəbul imtahanları keçiriləcək: "Bütün məlumatlar DİM-in saytında yerləşdirilir. Ola bilər ki, kimsə qrafikdə öz rayonunu tapmasın. Biz növbəti həftə ərzində keçiriləcək imtahanların qrafikini açıqlayacayıq. Bu həftə 58 mindən artıq abituriyentin imtahanı olacaq, növbəti həftə isə 28 mindən artıq abituriyent iştirak edəcək".

 

O, bildirib ki, bütün imtahan binalarının qarşısında sosial məsafənin qoyulması üçün müəyyən xətlər çəkilib.

 

"Sərtləşdirilmiş karantin rejiminin tətbiq olunduğu rayon və şəhərlərdə də bu imtahanlar təşkil olunacaq. Hər bir abituriyentə imtahan verəcəyi yer yaşadığı ünvana yaxın olacaq. Əgər abituriyentin özünün getməyə imkanı varsa, gedib, imtahan verəcək. Əgər ehtiyac olarsa, abituriyentin yanında bir nəfər gələ bilər. Bu zaman imtahana gedəndə buraxılış vərəqəsi, sağlamlıq haqqında arayış və yanında gələcəyi şəxs üçün də arayış veriləcək. Arayışdakı QR kod vasitəsilə sənədin həqiqiliyi müəyyən ediləcək".

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır