"Həkimlərimizi tanıyaq" rubrikası - Əməkdar həkim Məhəmmədemin Yunusov
19.05.2023 08:45
Aztibb.az "Həkimlərimizi tanıyaq" rubrikasında peşəkar səhiyyə işçilərini tanıtmaqda davam edir. 
 
Rubrikada bu dəfə  Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının həkim-cərrahı, Əməkdar həkim Məhəmmədemin Yunusov haqqında məlumatları təqdim edirik.
 

Məhəmmədemin Baba oğlu Yunusov 25 noyabr 1957-ci ildə Kürdəmir rayonun Atakişili kəndində anadan olub. 1976-cı ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun Müalicə-profilaktika fakültəsinə daxil olub, 1982-ci ildə həmin institutu əla qiymətlərlə bitirib, Kliniki Tibbi Mərkəzdə ordinator işləyib.

 

O, 1984-cü ildən Kürdəmir Rayon Mərkəzi Xəstəxanasında həkim-cərrah vəzifəsində işləyir.

 

1989-1994-cü illərdə Qarabağ müharibəsində cəbhənin müxtəlif döyüş bölgələrində cərrah kimi fəaliyyət göstərən Məhəmmədemin həkim çoxlu sayda yaralılara tibbi yardım göstərib. O, 1 saylı Ağdam hərbi səhra hospitalında, Tərtərin Burunc kəndində yerləşən müvəqqəti hərbi hospitalda, Bərdə RMX-da, Beyləqan RMX-da, 1992-ci ildə Marquşevan döyüşlərində, 1989-cu ilin sentaybr ayında Hadrutun mühasirə şəraitində olan Tuğ kəndinə tibbi yardım və müdafiə xarakterli ləvazimatların göndərilməsində iştirak edib. 

 

Məhəmmədemin Yunusov 2020-ci ildə Əməkdar həkim fəxri adına layiq görülüb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır