ATU tələbələri TƏBİB-in tabeli müəssisələrində işlə təmin olunublar
18.05.2023 14:19
TƏBİB-in Azərbaycan Tibb Universiteti (ATU) ilə birgə layihəsi olan “ATU-nun Müalicə və profilaktika fakültəsinin IV, V və VI kurs tələbələrinin TƏBİB-in tabeliyində olan tibb müəssisələrində orta tibb heyəti üzrə işə qəbulu” Proqramı üzrə görülən işlərə həsr olunan hesabat tədbiri keçirilib.
Bu barədə Aztibb.az-a TƏBİB-dən xəbər verilib.
Tədbirdə açılış nitqi ilə çıxış edən TƏBİB-in İnsan resursları departamentinin rəhbəri Günəş Qədimova layihə haqqında ətraflı məlumat verib. Bildirib ki, layihə başlandığı gündən etibarən böyük maraqla qarşılanıb və 435 tələbə bununla bağlı TƏBİB-ə müraciət edib. TƏBİB komandası tərəfindən namizədlərin uyğunluğu dəyərləndirilib və müsahibədən uğurla keçən 132 namizədimiz iş mühitinə daha tez adaptasiya olmaq, bilik-bacarıqlarında səriştəliliyi artırmaq məqsədilə peşəkar mütəxəssislərimiz tərəfindən keçilən təlimlərə cəlb olunub.
Onun sözlərinə görə, təlimlərdə müvəffəqiyyət qazanan 132 gəncimizin hər biri TƏBİB-in 13 tabeli tibb müəssisəsində işlə təmin olunub. Nümunə kimi qeyd etmək istərdim ki, 65 nəfər Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasında, 16 nəfər Nərimanov Tibb Mərkəzində, 13 nəfər Mərkəzi Neftçilər Xəstəxanasında, 9 nəfər Yeni Klinikada və 29 nəfər digər tibb müəssisələrimizdə işə qəbul olunub.
Günəş Qədimova karyeralarının başlanğıcında olan bu gənclərin hər birinin öz sahələri üzrə peşəkar kadr kimi yetişəcəklərinə, səhiyyənin inkişafı naminə səfərbər olacaqlarına inandığını söyləyib.
Daha sonra TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov çıxışında keyfiyyətli tibbi xidmətin səhiyyə infrastrukturu ilə yanaşı, kadr təminatı ilə bağlı olduğunu bildirib:
“Biz bu gün xəstəxanalarımızı nə qədər müasir standartlara uyğun təchiz etsək də, ən son müasir tibbi avadanlıqlarla təmin etsək də, əgər peşəkar həkim-mütəxəssislərimiz olmasa, uğurlu nəticə almaq mümkün deyil. Bu baxımdan bütün dövrlərdə yüksək ixtisaslı tibb işçilərinin yetişdirilməsi Azərbaycan səhiyyəsi üçün prioritet istiqamətlərdəndir”.
Vüqar Qurbanov TƏBİB-in tabeliyindəki tibb müəssisələrinə orta tibb işçisi kimi fəaliyyətə cəlb olunmaqla səhiyyə sahəsində ilk addımlarını atmaqları, özlərini inkişaf etdirmələri, bilik və bacarıqlarını təkmilləşdirmələri istiqamətində hər zaman gənclərə yardımçı olacaqlarını vurğulayıb.
Daha sonra çıxış edən səhiyyə nazirinin müavini Nadir Zeynalov istənilən sahədə nəzəri bilikləri dərinləşdirmək, öz işinin peşəkarı olmaq üçün praktik vərdişlərin əhəmiyyətinin çox böyük olduğunu qeyd edərək tibb tələbələrinin işlə təminatını yüksək qiymətləndirib.
Azərbaycan Tibb Universitetinin prorektoru Sabir Əliyev isə çıxışında Azərbaycan Tibb Universitetinin tələbələrinin təhsil illəri boyunca qazandıqları bilik və bacarıqları praktikada tətbiq etmək imkanını yaratdığına görə TƏBİB-ə təşəkkürünü bildirib.
Tələbələrin orta tibb işçisi kimi fəaliyyətə başlayacaqları xəstəxanalardan Kliniki Tibbi Mərkəzin direktoru Könül Ələkbərov, Yeni Klinikanın direktoru vəzifəsini icra edən, baş həkim Cavid Paşayev, Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının direktoru Elviz Qasımov çıxışlarında gənclərin təhsillərini davam etdirdikləri bir dövrdə işlə təminatları və əmək mühiti ilə tanış olmalarının bu tələbələrin gələcək karyerasında mühüm rol oynayacağını bildiriblər.
Azərbaycan Tibb Universitetinin tələbələri Yusuf Xəlil, Nigar Quliyeva çıxış edərək onlara bu şəraiti yaratdıqlarına görə TƏBİB-ə, Azərbaycan Tibb Universitetinə, həmçinin layihənin ərsəyə gəlməsində iştirak edən hər kəsə dərin minnətdarlıqlarını bildirərək, Azərbaycan səhiyyəsinin inkişafına öz töhfələrini verməyə çalışacaqlarını vurğulayıblar.
Tədbirin sonunda təlimlərdə uğur qazanan tələbələr təltif olunublar.
Bu bölməyə aid digər xəbərlər
Mərkəzi Neftçilər Xəstəxanasında ürəyi dayanan pasiyent həkimlərin operativ müdaxiləsi ilə həyata qaytarılıb
21.10.2026 | 16:17
Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib
21.10.2026 | 14:40
Patronaj xidməti ailələrə daha yaxın: 300-dən çox şəxs tibbi müayinələrə cəlb olunub
21.10.2026 | 14:34
Azərbaycanda uşaqlarda FMF üzrə ilk milli tədqiqat
20.10.2026 | 14:22
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
YAP-nın VIII Qurultayından irəli gələn vəzifələr və səhiyyə sahəsinin qarşısında duran hədəflər müzakirə olunub
20.10.2026 | 10:57
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub
20.10.2026 | 09:05
20 oktyabr – Ümumdünya Osteoporozla Mübarizə Günüdür
20.10.2026 | 08:17
Anar Bayramov Səhiyyə Nazirliyinin kollektivinə təqdim olunub
19.10.2026 | 15:02
Baş Klinik Hospitalda mürəkkəb açıq ürək əməliyyatı uğurla icra olunub
19.10.2026 | 12:26
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12

