Şabranda 4-ü uşaq olmaqla 9 nəfər sakinə quduzluq əleyhinə vaksin vurulub - TƏBİB  
17.05.2023 15:07

Mayın 16-da Şabran rayonunun Qorğan kəndinin 4-ü uşaq olmaqla 9 nəfər sakini quduzluq xəstəliyi ehtimalı ilə TƏBİB-in tabeliyindəki Şabran Rayon Mərkəzi Xəstəxanasına müraciət edib. Onların hər birinə quduzluq əleyhinə vaksin vurulub.

 

Aztibb.az xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.

 

Bildirilib ki, vaksin olunan şəxslər evə buraxılıblar

 

Qeyd edək ki, 25 gün əvvəl yırtıcı heyvanlar kənd sakini Ənvər Piriyevə məxsus təsərrüfatlardan birində xırda buynuzlu heyvanlara hücum edib. Təsərrüfat sahibi yaralı qoyunları kəsərək ətini fermadakı itlərinə verib. Daha sonra digər qoyunların da xəstələndiyini görən Ə.Piriyev onları kəsib, ailə üzvlərinin iştirakı ilə qonaqlıq təşkil edib. Bir neçə gün keçdikdən sonra daha 10 qoyunun tələf olduğunu görən təsərrüfat sahibi dövlət qurumlarına müraciət edib. Ə.Piriyev və 20-yə yaxın ailə üzvü quduzluq əleyhinə iynə vurularaq nəzarətə götürülüblər.

 

Ə.Piriyevin təsərrüfatındakı digər qoyunlar kəsilib yandırılaraq basdırılıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır