Bu il "Yeni Klinika"nın təlim mərkəzində müxtəlif mövzularda 30 təlim təşkil edilib
17.05.2023 10:21
TƏBİB-in tabeliyində fəaliyyət göstərən “Yeni Klinika” tibb müəssisəsində müxtəlif istiqamətlərdə həm daxili, həm də xarici təlimlər keçirilir.
 
“Yeni klinika”dan Aztibb.az-a bildirilib ki, 2023-cü ilin yanvar ayından etibarən tibb müəssisəsinin təlim mərkəzində təşkil olunan 30 təlimdə 895 nəfər iştirak edib.
 
Belə ki, cari ilin yanvar ayından bu günədək TƏBİB-in müxtəlif mövzularda 6 təlimi baş tutub. Bunlar “Təməl Həyat Dəstəyi”, “Təkmil Həyat Dəstəyi”, “Acil Triaj, Tibb müəssisəndə İPİN”, “Uşaq təcili tibbi yardım və reanimasiya dərnəyi”, “Tibb bacılar üçün EKQ kursu” və “Mavi Kod” təlimləridir.
 
Müəssisədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) “İnfeksiyaların qarşısının alınması və onlara nəzarət istiqaməti” mövzusunda 3 təlim təşkil edib.
 
Mərkəzdə UNİCEF tərəfindən “Hamilə qadınlar və erkən yaşlı uşaqlara dair patronaj xidmətinin universal mütərəqqi modeli” istiqamətində 1 təlim keçirilib.
 
Bundan başqa, tibb müəssisəsinin rəhbərliyinin təşkilatçılığı ilə işgüzar münasibətlərdə ünsiyyətin rolu və formaları, səmərəli ünsiyyətin qurulması, verbal və qeyri-verbal ünsiyyət, dinləmə və izahetmə bacarıqları, danışıq mədəniyyəti, münaqişəli vəziyyətlərin və stresin idarə edilməsi kimi əhəmiyyətli mövzularda 4 təlim təşkil olunub.
 
Klinikada, həmçinin göstərilən xidmətlərin keyfiyyətinin daha da artırılması istiqamətində tibb müəssisəsinin Keyfiyyətə nəzarət, Təcili və Təxirəsalınmaz Tibbi Yardım, Laboratoriya, Statistika və arxiv, Yeməkxana şöbələri, İnfeksiyaların profilaktikası və infeksion nəzarət (İPİN) komissiyasının müxtəlif mövzularda 16 təlimi baş tutub.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır