Tibbi tullantıların idarə olunması sahəsində koordinasiyalı fəaliyyətin təmin edilməsinə dair Əmr imzalanıb
16.05.2023 16:54

Tibbi tullantıların effektiv idarəçiliyi və bu sahədə koordinasiyalı fəaliyyətin təmin edilməsi məqsədilə Səhiyyə Nazirliyində Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə tədbir keçirilib.

 

Bu barədə Aztibb.az-a Səhiyyə Nazirliyindən məlumat verilib.

 

Tədbirdə çıxış edən səhiyyə naziri Teymur Musayev vurğulayıb ki, Prezident İlham Əliyevin rəhbərliyi altında səhiyyə sisteminin inkişafi ilə bağlı davamlı islahatlar və mütərrəqi idarəetmə mexanizmləri tətbiq edilməkdədir.

 

“Tibb müəssisələrində yeni kliniki tədqiqat metodlarının aktiv tətbiqi, əhalinin sağlamlığı, ölkədə formalaşan tibbi tullantıların idarə edilməsi və sanitariya-epidemioloji vəziyyətin ətraflı təhlili Səhiyyə Nazirliyinin prioritet məsələlərindəndir”, - T.Musayev qeyd edib.

 

Nazir, həmçinin tibb müəssisələrində personalın tibbi tullantıların idarə edilməsi üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydada bilik və bacarıqlarının artırılması üçün birgə təlimlərin təşkilinin zəruriliyini bildirib. Eyni zamanda, işğaldan azad edilmiş ərazilərdə görüləcək yenidənqurma işlərində tibbi tullantıların keyfiyyətli idarə olunması sisteminin təşkilinin vacibliyini vurğulayıb.

 

Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev isə öz çıxışında bildirib ki, Prezident İlham Əliyev ətraf mühitin mühafizəsi və əhalinin sağlamlığı məsələlərinə daim diqqət yetirir. Nazirlik tərəfindən tibbi tullantıların uçotunun aparılmasının təkmilləşdirilməsi istiqamətində zəruri işlər görülür. Son dövrlər tibbi tullantıların çeşidlənməsi sağlam ekoloji mühitin formalaşmasında müsbət tendensiya kimi müşahidə edilir.

 

Tədbirdə birdəfəlik tibbi alət və ləvazimatlardan geniş istifadə edilməsi, tibbi tullantıların insan sağlamlığı və ətraf mühit üçün təhlükəsiz idarə edilməsi mövzularında təqdimatlar edilib.

 

Sonra “Tibbi tullantıların idarə edilməsi sahəsində mövcud problemlərin effektiv həlli üçün koordinasiyalı fəaliyyətin təmin edilməsi barədə” birgə Əmr imzalanıb.

 

Əmrə əsasən, tərkibində əhalinin sağlamlığı, ekoloji və sanitariya vəziyyəti üçün təhlükə yaradan infeksion və digər materiallar olan tibbi tullantıların idarə edilməsi sahəsində mövcud vəziyyətin təhlili və bu sahədə səmərəli idarəetmənin təşkili məqsədilə birgə İşçi Qrup yaradıldı.


Sənəddə ölkədə tibbi tullantıların idarə olunması sahəsində mövcud vəziyyətin, tibb müəssisələrində tibbi tullantıların idarə olunması və qanunvericiliyin təhlili, tibbi tullantıların zərərsizləşdirilməsi sahəsində beynəlxalq təcrübənin tətbiqi, ictimaiyyətin maarifləndirilməsi işlərinin görülməsi əks olunub.

 

Eyni zamanda, tibbi tullantıların idarə olunmasının təkmilləşdirilməsinə dair Yol Xəritəsi layihəsinin hazırlanması istiqamətində müvafiq tədbirlərin yekunlaşdırılması nəzərdə tutulub.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır