Sumqayıtda Beynəlxalq Ailə Gününə həsr olunmuş tədbir keçirilib
16.05.2023 11:38
TƏBİB-in tabeliyindəki Sumqayıt Tibb Mərkəzinin (STM) 3 nömrəli Ailə Sağlamlıq Mərkəzində (ASM) Beynəlxalq Ailə Gününə həsr olunmuş tədbir keçirilib.
 
STM-dən Aztibb.az-a verilən məlumata görə, tədbir Sumqayıt Şəhər İcra Hakimiyyətinin və Sumqayıt Tibb Mərkəzinin təşkilatçılığı ilə baş tutub.
 
Tədbiri giriş sözü ilə açan STM-in direktor müavini Maisə İsmayılova açaraq Beynəlxalq Ailə Gününün yaranması və bu günün ölkəmizdə qeyd olunmasından söz açıb. M.ismayılova qeyd edib ki, Azərbaycan cəmiyyətində ailə hər zaman müqəddəs sayılıb.
 
STM-in direktor müavini Arzu Bəndəliyeva isə çıxışında bildirib ki, ölkəmizdə ailə cəmiyyətin əsas özəyi kimi dövlətin xüsusi himayəsindədir və dövlət öz siyasətində ailənin sosial müdafiəsi, gənc ailələrə qayğını əsas tutur.
 
Daha sonra Sumqayıt Şəhər İcra Hakimiyyəti yanında Məişət zorakılığına qarşı monitorinq qrupunun nümayəndəsi, psixoloq Aynur Eyvazova həyata keçirilən tədbirlərdən söz açıb, bu istiqamətdə görüləcək işləri nəzərə çatdırıb.
 
3 nömrəli ASM-in baş həkim əvəzi Sevinc Əkbərova Azərbaycan ailəsinin əsas sütunlarından biri olan Azərbaycan qadınının ölkəmizdə əmin-amanlığın qorunması, ailə dəyərlərinin yaşadılmasında mühüm rol oynadığını vurğulayıb.
 
"Qadın Problemlərinin Həllinə Yardım" ictimai birliyinin sədri Zenfira Mustafayeva rəhbərlik etdiyi təşkilata edilən müracitlərdən bəhs edib və ailə dəyərlərinin qorunması istiqamətində həyata keçirilən tədbirləri iştirakçıların diqqətinə çatdırıb.
 
Həmçinin çıxışlarda sağlam ailə təməlinin qurulması və qorunub saxlanılmasının sirrlərindən danışılıb, qarşılıqlı hörmət və məhəbbət sayəsində qurulan ailələrin daha uzunömürlü və xoşbəxt olması xüsusilə qeyd edilib.
 
Tədbirdə iştirak edən 40 ildən yuxarı birgə ömür sürmüş Süleymanovlar ailəsi gənc ailələrə öz dəyərli məsləhətlərini və tövsiyələrini veriblər.
 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır