Növbəti mərhələlərdə daha çox sahələrdə açılışlara gedə bilərik - RƏSMİ
20.07.2020 17:21

Koronavirusla bağlı müsbət tendensiya davam etsə, biz daha çox sahələrdə fəaliyyəti bərpa edə bilərik.

 

Aztibb.az-ın məlumatına görə, bunu Azərbaycan Prezidentinin İqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov bu gün Nazirlər Kabineti yanında Operativ Qərərgahın brifinqində deyib.

 

Ş.Mövsümov bildirib ki, isti havalarda evdə oturmaq çətindir, ancaq bunun müsbət nəticələri görürük: “Başa düşürük ki, bu isti havalarda evdə oturmaq çətindir, ancaq biz bunun müsbət nəticələrini görürük. Son günlərin statistikasına nəzər yetirdikdə sağalanların sayının artmasını və yoluxanların sayının azalmasını görürük.

 

Ümid edirik azalma tendensiyası davam edəcək. Bu, hamımızım, bütün cəmiyyətimizin əziyyətinin nəticəsidir. Nə qədər müsbət tendensiya olsa biz növbəti mərhələlərdə daha çox sahələrdə açılışlara gedə bilərik. Bu dəfə bərbərxanalar və digər bir sıra sahələrdə fəaliyyət bərpa edildi. Elə mən özüm də bundan istifadə edib saçlarımız düzəltdirmişəm”.

 

Ş.Mövsümov bildirib ki, hər kəs qaydalara əməl etməliyik: “Ancaq biz başa düşməliyik ki, koronaviorus hələ bizimlədir, əgər biz qaydalara əməl etməsək, virus yenidən artacaq və hökumət yenidən sərtləşməyə getmək məcburiyyətində qalacağıq ki, bu da heç kimin xoşuna gələn ssenari deyil”.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır