TƏBİB nümayəndələri “R-Pharm” əczaçılıq zavodunu ziyarət ediblər
15.05.2023 17:00

TƏBİB-in nümayəndə heyəti Pirallahı Sənaye Parkında yerləşən “R-Pharm” əczaçılıq zavodunu ziyarət ediblər. Nümayəndə heyətinin tərkibində TƏBİB-in icraçı direktorunun müavinləri Araz Nəsirov, Anar İsrafilov, Resursların idarə olunması departamentinin Dərman və tibb vasitələri şöbəsinin müdiri Elmin Quliyev təmsil olunublar.

 

Aztibb.az-a TƏBİB-dən verilən məlumata görə, zavoda təşkil edilən səfər mütəxəssislərə texnoloji proseslə yaxından tanış olmaq, eləcə də bütün mərhələlərdə istehsalat mexanizmi və prinsiplərini daha yaxşı anlamaq imkanı yaradıb.

 

Zavoddakı əməliyyatların böyük əksəriyyəti avtomatlaşdırılmış istehsal sistemləri ilə həyata keçirilir. İstehsalat prosesi zamanı məhsulların keyfiyyətinə hər mərhələdə nəzarət edilir ki, bu da insan amilini minimuma endirməyə və buraxılan dərman vasitələrinin keyfiyyətinə zəmanəti təmin etməyə imkan verir.

 

TƏBİB-in nümayəndə heyəti həm tablet, həm də infuziya formalarının hazırlanması üçün nəzərdə tutulan müxtəlif istehsal xətlərinin nümayişini də izləyiblər.

 

Qonaqlar istehsalat zonaları ilə yanaşı, əczaçılıq zavodunun laboratoriyaları və hazır məhsul anbarı ilə tanış olublar.

 

Səfər çərçivəsində qonaqlar bütün dünyada 2-ci tip şəkərli diabet xəstələrinin müalicəsində geniş istifadə olunan orijinal fransız preparatı Diabeton® MR-nin qablaşdırma prosesini müşahidə ediblər.

 

TƏBİB rəhbərləri əczaçılıq zavodunun işini qiymətləndirib və respublika vətəndaşlarının keyfiyyətli dərman preparatları ilə təmin olunması sahəsində əməkdaşlığın inkişaf etdiriləcəyinə ümidvar olduqlarını bildiriblər.

 

“R-Pharm” zavodunun məhsul istehsal etmə gücü ildə 250 milyon ədəddən çoxdur. Burada bir sıra sosial əhəmiyyətli xəstəliklərin: onkoloji, kardioloji, endokrinoloji, hematoloji, antibakterial, virus və digər xəstəliklərin müalicəsi üçün dərman vasitələrinin istehsalı planlaşdırılır. Eyni zamanda, hepatit C, şəkərli diabet, vərəmdən, eləcə də onun aqressiv davamlı formalarından əziyyət çəkən xəstələr də qabaqcıl terapiyadan yararlana biləcəklər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır