"Multidissiplinar xərçəng müalicəsi üzrə beynəlxalq konfrans” işə başlayıb
14.05.2023 09:07

Azərbaycan Milli Onkologiya Mərkəzində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş silsilə yubiley tədbirləri davam edir.
Mayın 12-də yubiley tədbirləri çərçivəsində mərkəzdə qastrointestinal şişlər üzrə patologiya kursu keçirilib. Kurs qabaqcıl və müasir yanaşma üsullarını əhatə edən çıxışlardan, xəstə təqdimatlarından, praktiki hissə və müzakirələrdən təşkil olunub.

 

Aztibb.az AZƏRTAC-a istinadla xəbər verir ki, mayın 13-də Milli Onkologiya Mərkəzi və Amerika Onkologiya Cəmiyyətinin təşkilatçılığı ilə Bakıda “Multidissiplinar xərçəng müalicəsi üzrə beynəlxalq konfrans” işə başlayıb. Konfransda ABŞ, İngiltərə, Kanada, İspaniya və Hindistanın onkologiya üzrə tanınmış klinika və mərkəzlərinin görkəmli mütəxəssisləri ilə yanaşı, Milli Onkologiya Mərkəzinin əməkdaşları - həkim və tədqiqatçılar da iştirak ediblər.

 

Konfransın açılış mərasimində çıxış edən Milli Onkologiya Mərkəzinin baş direktorunun müavini Fuad Quliyev Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən bu ilin “Heydər Əliyev İli” kimi qeyd olunduğunu, təkcə ölkə daxilində deyil, respublikamızın hüdudlarından kənarda da dahi liderin əziz xatirəsini yad etmək məqsədilə bir sıra tədbirlər keçirildiyini diqqətə çatdırıb.

 

Qeyd olunub ki, ölkəmizdə ictimai, siyasi, mədəni, bir sıra sahələrdəki dirçəliş müstəqil Azərbaycan dövlətinin qurucusu Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər sadəcə müstəqilliyimizi bərpa etməyib, eyni zamanda, dövlətçiliyin əsaslarını qoyub, möhkəmləndirib və ölkəmizi dünyaya tanıdıb: “Bu gün Azərbaycan dünyanın sayılıb-seçilən dövlətlərdən biridir, güclüdür, azaddır, müstəqildir və ən əsası qalib ölkədir. Son 200 ildə müəyyən siyasi oyunların qurbanı olan Azərbaycan torpaq itkisi ilə üzləşirdi. Həmin mənfi tarixi hadisələrin son mərhələsi 30-35 il bundan əvvəl qeydə alındı və Ermənistanın təcavüzkar siyasəti nəticəsində ərazilərimizin 20 faizini itirdik. Lakin ruhdan düşmədik, Ulu Öndər Heydər Əliyev və onun siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin məqsədyönlü, uzaqgörən siyasəti nəticəsində gündən-günə gücləndik, bütün sahələrdə irəliləyişlərə nail olduq. Görülən işlərin məntiqi nəticəsi kimi 2020-ci ilin payızında 44 gün ərzində həmin mənfi tendensiyaya son qoyaraq yeni bir tarix yazdıq. Ulu Öndərin davamçısı Prezident İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu şanlı Qələbə qazanaraq işğal altında olan torpaqları azad etdi. Bu gün Azərbaycan xalqı Müzəffər Ali Baş Komandanın ətrafında dəmir yumruq kimi birləşib. Bizim əsas vəzifəmiz bu dövlətçiliyi qorumaq və daha şanlı səhifələr yazmaqdır”.

 

Dahi liderin səhiyyə sektorunun inkişafına xüsusi diqqət yetirdiyini bildirən baş direktorun müavini Ümummilli Liderin başladığı inkişaf strategiyasının bu gün Prezident İlham Əliyev tərəfindən ən yüksək səviyyədə davam etdirildiyini vurğulayıb. O, yeni tibb müəssisələrinin tikilməsi, bütün mövcud xəstəxana və poliklinikaların yenidən qurulması və modernləşdirilməsinin, ən müasir avadanlıqlarla təchizatın səhiyyəmizin yüksəlişinə xidmət edən vacib addımlar olduğunu deyib. Qeyd olunub ki, tibbi xidmətlərin hər kəs üçün əlçatanlığının təmin olunması dövlət başçısı tərəfindən əhaliyə göstərilən yüksək qayğının bariz nümunəsidir.

 

Sonra Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən sənədli film nümayiş etdirilib.

 

Tədbir ekspertlərin çıxışları, xəstəlik protokolları üzrə nəzəri təqdimatlar və dünyanın tanınmış onkoloqlarının interaktiv iştirakı ilə multidisiplinar panellər şəklində davam edib. Konfransda xərçəng xəstəliyinə multidisiplinar yanaşma, xəstəliyin ən son diaqnostika və müalicə üsulları geniş müzakirə olunub.

 

Beynəlxalq konfransda ABŞ-ın Klivlend Klinikasından professorlar Steven Veksnerin və Mariana Berhonun, Harvard Universitetindən professor Aparna Parixin, Mayami Universitetindən professor Ronda Yantissin, Böyük Britaniyanın Oksford Universitetindən professor Devid Kerrin, Hindistanın Raciv Qandi Xərçəng İnstitutundan doktor Svarupa Mitranın, Kanadanın Makgiil Universitetindən doktor Marilize Butrosun, İspaniya Onkologiya İnstitutundan Delia Kortes-Kuiralın və digər əcnəbi onkoloqların, eləcə də Azərbaycan Milli Onkologiya Mərkəzinin mütəxəssislərinin müzakirə olunan onkoloji problemlərlə bağlı çıxış və mühazirələri dinlənilib.

 

Mayın 14-də isə yubiley tədbirləri çərçivəsində Bakıda Milli Onkologiya Mərkəzi və Amerika Onkologiya Tibb Bacıları Cəmiyyətinin (Oncology Nursing Society) dəstəyi ilə onkologiya üzrə tibb bacıları üçün xüsusi kurs keçiriləcək.

 

Tədbirdə Amerika Onkologiya Tibb Bacıları Cəmiyyəti ilə yanaşı, Milli Onkologiya Mərkəzinin də tibb bacıları çıxış edəcəklər.
Tibb bacıları üçün həmin kurs ikinci dəfədir təşkil olunur. Belə ki, ilk dəfə 2018-ci ildə Bakıda keçirilən kurs böyük marağa səbəb olmuşdu.

ÇOX OXUNANLAR
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu vakansiya elan edir
 17 İyun – Tibb İşçilərinin Peşə Bayramı Günüdür   
 Cəbrayıl RMX-da yanğın təhlükəsizliyi və təxliyə qaydaları ilə bağlı təlim keçirilib   
Mərkəzi Klinika vakansiya elan edir
Azərbaycan tibbində növbəti uğur: Səhiyyə Nazirliyi Bakı Sağlamlıq Mərkəzinin Aritmologiya bölməsi beynəlxalq akkreditasiya alıb
ATU-nun Əczaçılıq toksikologiyası və kimya kafedrası əməkdaşlarının ixtirasına Avrasiya Patenti verilib
Gəncədə Dünya Allergiya Həftəsi ilə bağlı tədbirlər təşkil olunur
Bu ilin yanvar-may aylarında 18 mindən çox uşağa reabilitasiya xidmətləri göstərilib
 Sabunçu Tibb Mərkəzində Tibb İşçilərinin Peşə Bayramı Günü münasibətilə tədbir keçirilib   
 TƏBİB kollektivi Fəxri xiyabanı ziyarət edib   
Səhiyyə Nazirliyi Tibb İşçilərinin Peşə Bayramı Gününü qeyd edib
 Bakıda Asiya üzrə Beynəlxalq Ginekologiya Konqresi keçirilib   
Nizami Tibb Mərkəzi onlayn növbə sistemi aktivləşdirilən 4-cü müəssisə oldu
Səhiyyə sahəsində səmərəli fəaliyyət göstərən bir qrup tibb işçisi təltif edilib - Pirallahı Tibb Mərkəzində 
Laçında tibbi aksiya: 100-ə yaxın vətəndaş tibbi müayinələrdən keçib