Xidmətdə yüksək nailiyyətlər əldə edən Tibbi Xidmət İdarəsinin əməkdaşları təltif olunublar
13.05.2023 10:35

Mərkəzi Gömrük Hospitalında Ümumilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə xidmətdə əldə etdikləri yüksək müvəffəqiyyətləri, qüsursuz xidməti və digər nailiyyətlərə görə Tibbi Xidmət İdarəsinin əməkdaşlarına Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən verilən təltiflər təqdim edilib.

 

Bu barədə Aztibb.az-a Mərkəzi Gömrük Hospitalından məlumat verilib.

 

Tədbirdə Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədov Fəxri fərman, Gömrük orqanlarında xidmətə görə 2-ci və 3-cü dərəcəli döş nişanları ilə təltif olunan əməkdaşları təbrik edib, onlara mükafatları təqdim edib.

 

İdarə rəisi Ceyhun Məmmədov Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə əlamətdar tarixdə təltif olunmağın xüsusi əhəmiyyətli olduğunu qeyd edib və təltif olunanlara yeni-yeni uğurlar qazanmağı arzulayıb.

 

Sonra Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Hüquq şöbəsinin rəisi Rəna Hüseynova təltif olunanlar adından Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırova və Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədova təşəkkürünü bildirib.

 

Qeyd edək ki, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə xidmətdə əldə etdikləri yüksək müvəffəqiyyətləri, qüsursuz xidməti və digər nailiyyətləri nəzərə alınaraq Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi Tədris Mərkəzinin rəisi Rəşad Mahmudov, Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Hüquq şöbəsinin rəisi Rəna Hüseynova və Mərkəzi Gömrük Hospitalının həkim-rentgenoloqu Natalya Astraxanseva Azərbaycan Gömrük işini aparan İcra Hakimiyyəti Orqanının Fəxri Fərmanı ilə təltif olunublar.

 

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini İsmayıl Əfəndiyevə, Mərkəzi Gömrük Hospitalının Cərrahiyyə və orqan transplantasiyası şöbəsinin həkim cərrahı Kamran Beydullayevə, Maliyyə şöbəsinin böyük inspektoru Larisa Abramovaya, Təcili Yardım şöbəsinin tibb bacısı Sevda Abdullayevaya, Texniki-Təsərrüfat şöbəsinin mütəxəssisi Vəfa Sultanovaya Dövlət Gömrük Komitəsi tərəfindən təşəkkür elan edilib.

 

Mərkəzi Gömrük Hospitalının Texniki-Təsərrüfat şöbəsinin rəisi Pərviz Sadıqov Gömrük orqanlarında xidmətə görə 2-ci dərəcəli döş nişanı ilə, Mərkəzi Gömrük Hospitalının Mama-ginekologiya şöbəsinin rəisi, mama-ginekoloq Təranə Bayramova, Xəstə Xidmətləri şöbəsinin mütəxəssisi Rəna Hacıyeva, tibb qeydiyyatçısı Nərmin Mehdiyeva, tibb qeydiyyatçısı Sevinc Bayramova, Laboratoriya şöbəsinin həkim laborantı Nərmin Mehdiyeva, Əməliyyatxana, Anesteziologiya və Reanimasiya şöbəsinin tibb bacısı Sevda Rəsulova, Neonatologiya şöbəsinin tibb bacısı Səbinə Səfərova və Cərrahiyyə şöbəsinin tibb bacısı Günel Əhmədova Gömrük orqanlarında xidmətə görə 3-ci dərəcəli döş nişanı ilə təltif olunublar. Mərkəzi Gömrük Hospitalının 4 əməkdaşına növbəti xüsusi rütbə verilib. Tədbirin sonunda xatirə şəkilləri çəkilib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır