Beynəlxalq Tibb Bacısı Gününə həsr olunmuş tədbir keçirilib
12.05.2023 15:36

Səhiyyə Nazirliyi və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan nümayəndəliyinin birgə təşkilatçılığı ilə nazirliyin 2 nömrəli Bakı Baza Tibb Kollecində 12 may - Beynəlxalq Tibb Bacısı Gününə həsr olunmuş tədbir keçirilib.

 

Bu barədə Aztibb.az-a Səhiyyə Nazirliyindən məlumat verilib.


Tədbirdə Azərbaycan səhiyyə nazirin səhiyyənin rəqəmsallaşdırılması üzrə müşaviri Rüfət Hacıəlibəyov, İnsan resursları şöbəsinin müdiri Səidə Rüstəmova, ÜST-nin Azərbaycan üzrə nümayəndəsi Hande Harmancı, həmçinin 2 nömrəli Bakı Baza Tibb Kollecinin müəllim-tələbə heyəti iştirak ediblər.

 

Toplantıda Səhiyyə Nazirliyi İnsan resursları şöbəsinin müdiri Səidə Rüstəmova çıxış edərək Vətən müharibəsi zamanı tibb bacılarının fədakarlığını qeyd edib. O, 44 günlük Vətən müharibəsində və müharibədən sonrakı reabilitasiya proseslərində tibb işçilərinin əzmkar əməyi ilə yüzlərlə qəhrəman döyüşçümüzün həyata qaytarıldığını qeyd edib.


Şöbə müdiri bildirib ki, müasir tibb bacılarının fəaliyyətləri kifayət qədər genişdir. Belə ki, patronaj tibb bacılarının yerlərdə verdikləri sosial məsləhətlər, valideynlərlə apardıqları maarifləndirmə işi həm səhiyyə, həm də sosial layihələrə dəstəkdir.

 

Öz növbəsində ÜST-nin Azərbaycan nümayəndəsi Hande Harmancı qeyd edib ki, tibb bacıları səhiyyə xidmətlərinin təminatında önəmli rol oynayır: “Güclü səhiyyə xidmətləri istəyiriksə, tibb bacıları institutuna sərmayə qoymalı, onları beynəlxalq standartlara uyğun yetişdirməli və lazımi resurslarla təmin etməliyik”.

 

Sonra çıxış edən 2 nömrəli Bakı Baza Tibb Kollecinin direktoru Dilarə Məmmədəliyeva vurğulayıb ki, tibb xidmətlərinin göstərilməsində tibb bacılarının və tibb qardaşlarının rolu əvəzsizdir. Direktorun sözlərinə görə, respublikamızda 56 mindən çox tibb bacısı və tibb qardaşı çalışır və öz vəzifə borcunu layiqincə yerinə yetirir. Onlar koronavirus epidemiyası ilə mübarizədə, eyni zamanda 44 günlük Vətən müharibəsinin istər ön, istər arxa cəbhədə öz vətəndaşlıq və vəzifə borclarını layiqincə yerinə yetirərək cəsarət, fədakarlıq, peşəkarlıq nümayiş etdirdilər.

 

Daha sonra ÜST-nin eksperti Sevgi Turan, həmçinin 2 nömrəli Bakı Baza Tibb kollecinin tələbələrinin məruzələri dinlənilib.


Tədbir 2 nömrəli Bakı Baza Tibb kollecinin tələbələrinin hazırladığı musiqili-bədii kompozisiya ilə davam edib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır