ÜST-nin ölkənin səhiyyə qurumları ilə gələcək əməkdaşlığına dair müzakirələr aparılıb
12.05.2023 12:34

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev, TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı Şamaxı rayonunda ÜST-nin Ölkə Ofisi tərəfindən ilkin səhiyyə xidməti ilə bağlı görülmüş işlərlə tanışlıq və bu sahədə ÜST-nin ölkənin səhiyyə qurumları ilə gələcək əməkdaşlığına dair müzakirələrin aparılması məqsədilə Şamaxı rayonuna səfər ediblər.

 

Bu barədə Aztibb.az-a Dövlət Agentliyindən məlumat verilib.

 

Bildirilib ki, səfər zamanı ÜST-nin Şamaxı Təlim Mərkəzi, Şamaxı Ailə Sağlamlıq Mərkəzi (ASM) və Quşçu kəndində yerləşən ASM-də görüşlər keçirilib. Həmçinin ÜST-nin layihəsi çərçivəsində rayona gətirilmiş mobil klinikaların fəaliyyəti ilə tanışlıq olub. Görüşlərdə ÜST-nin ekspertləri və yerli səhiyyə işçiləri rayondakı ilkin səhiyyə xidməti sahəsindəki təcrübələrini paylaşıb və bu sahənin gələcək inkişafına dair fikir mübadiləsi aparılıb.

 

Səfərin yekununda Şamaxı Rayon İcra hakimiyyətinin başçısı Tahir Məmmədovun da iştirakı ilə ölkənin səhiyyə qurumları və ÜST arasında Şamaxı və digər yerlərdə ilkin səhiyyə xidmətinin gücləndirilməsi sahəsində gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib.

 

Qeyd edək ki, ÜST Şamaxı rayonunda “İlkin Səhiyyə Xidməti üzrə Nümayiş” layihəsi, həmçinin Azərbaycan Tibb Universitetinin 6-cı kurs tələbələrinin iştirakı ilə Şamaxı Təqaüd Proqramı və digər tədbirlər həyata keçirib. Bu layihənin, eləcə də tədbirlərin məqsədi Şamaxıda əlçatan, keyfiyyətli və hərtərəfli ilkin səhiyyə xidməti modeli işləyib hazırlamaq, tibb işçilərinin bilik-bacarıqlarını artırmaq, həmçinin ilkin səhiyyə xidməti üzrə kadr potensialını gücləndirməkdir.

 

ÜST-nin Ölkə Ofisi son illər Azərbaycanda səhiyyə sisteminin gücləndirilməsi və universal tibbi təminata nail olunması məqsədi ilə həyata keçirilən islahatları dəstəkləmək üçün yerli səhiyyə tərəfdaşlarıyla sıx əməkdaşlıq edir. Bu baxımdan ilkin səhiyyə xidmətinin gücləndirilməsinə dəstək ÜST-nin Azərbaycandakı ən önəmli prioritetlərindən biridir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır