Sumqayıt Tibb Mərkəzinin keçirdiyi minifutbol turnirinin qalibi məlum olub
12.05.2023 10:36
TƏBİB-in tabeliyindəki Sumqayıt Tibb Mərkəzinin (STM) nəzdində olan tibb müəssisələri arasında keçirilən minifutbol turniri başa çatıb.
Bu barədə Aztibb.az-a STM-dən bildirilib.
“Heydər Əliyev İli” çərçivəsində keçirilən və STM-in 8 tibb müəssisəsinin mübarizə apardığı minifutbol turnirinin qaliblərinin mükafatlandırılması mərasimi olub.
İlk olaraq STM-in İctimaiyyətlə əlaqələr bölməsinin müdiri Ramil Zeynallı turnirin gedişi və nəticələri barədə məlumat verib.
STM-in direktor müavinləri İlkin Namazov, Maisə İsmayılova, Arzu Bəndəliyeva, Ümumi şöbənin müdiri Aynur Həsənova və Sumqayıt Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Şurasının sədri Elmira Quliyeva isə çıxış edərək ölkəmizdə Heydər Əliyev irsinin təbliği istiqamətində görülən işlərdən və dövlətimizin idman siyasətindən danışıblar.
Çıxışlardan sonra qaliblərin mükafatlandırması mərasimi olub. Turnirin qalibi olan Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının komandası kubok, fəxri fərman, medal və pul mükafatı, II yeri tutan 3 və 4 nömrəli şəhər xəstəxanalarının birgə komandası isə fəxri fərman və medallarla mükafatlandırılıb.
Digər komandalara isə təşəkkürnamələr verilib.
Qeyd edək ki, minifutbol turniri Sumqayıt Tibb Mərkəzinin təşkilatçılığı və Sumqayıt Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Şurasının dəstəyi ilə keçirilib.
Yarışda 8 komanda olmaqla 64 nəfər səhiyyə işçisi iştirak edib.
Bu bölməyə aid digər xəbərlər
Müasir biologiya və təbabətin prioritet istiqamətlərindən olan kök hüceyrə tədqiqatlarına həsr olunmuş seminar
24.10.2026 | 10:06
Mərkəzi Neftçilər Xəstəxanasının tibb heyətinin peşəkar fəaliyyəti İctimai Televiziyada işıqlandırılıb
23.10.2026 | 12:02
Şamonda virusundan ilk insan ölümü Fransada qeydə alınıb
23.10.2026 | 10:17
AQTA sədri İmişlidə və Sabirabadda istehsal müəssisələrinin fəaliyyəti ilə tanış olub
23.10.2026 | 10:05
Nigeriyada “Ebola” virusuna ilk yoluxma halı qeydə alınıb
21.10.2026 | 10:57
AQTİ mütəxəssisi İtaliyada karantin statuslu göbələyin inkişaf xüsusiyyətlərini araşdırıb
21.10.2026 | 09:47
ATU tələbələri “Zirvəyə birlikdə qalxaq!” kütləvi yürüşündə
21.10.2026 | 08:29
1 saylı ixtisaslaşdırılmış poliklinikanın baş həkimi Yavər Şıxəliyev vəfat edib
20.10.2026 | 15:55
Şamaxı rayonunun Mərzəndiyyə kəndində sakinlər üçün səyyar tibbi xidmət keçirilib
20.10.2026 | 15:51
Elmi-Tədqiqat Pediatriya İnstitutunda şəhid və qazi ailələrinə xüsusi diqqət və qayğı göstərilir
20.10.2026 | 15:24
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
22.10.2026 | 14:08
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb
22.10.2026 | 17:03
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər
22.10.2026 | 12:05
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51

