TƏBİB tabeliyindəki tibb müəssisələrində İnsan resursları şöbəsinin müdiri vəzifəsi üzrə vakansiya elan edir
12.05.2023 10:19
TƏBİB tabeliyində olan tibb müəssisələrində İnsan resursları şöbəsinin müdiri vəzifəsi üzrə vakant yerlər elan edir.
Aztibb.az-a TƏBİB-dən bildirilib ki, mövcud iş yeri Şəmkir Rayon Mərkəzi Xəstəxanasıdır.
Tələb olunan bilik, təcrübə və bacarıqlar:
Ali təhsil (Humanitar və sosial, iqtisadiyyat və idarəetmə);
Müvafiq sahə üzrə 5 il təcrübə;
Kompüter bilikləri: Microsoft office (sərbəst səviyyədə).
Qanunvericilik üzrə biliklər:
Azərbaycan Respublikasının Əmək Məcəlləsi;
“Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”ı;
“İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli 186 nömrəli Qərarı;
İşçilərin ezamiyyə Qaydaları;
Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə;
“Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar”ın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 6 iyun tarixli 183 nömrəli Qərarı;
Bütün sahələr üçün Vahid Tarif-İxtisas Sorğu Kitabçaları haqqında məlumat;
Korrupsiyaya qarşı mübarizə haqqında Qanun;
Vətəndaş müraciətləri haqqında Azərbaycan Respublikasının Qanunu;
“Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanunu;
Azərbaycan Respublikasının büdcədən maliyyələşdirilən səhiyyə işçilərinin əməyinin ödənilməsi sisteminin, növlərinin və məbləğinin təsdiq edilməsi haqqında qərar.
Şəxsi keyfiyyətə dair tələblər:
Güclü ünsiyyət qurma bacarığı;
Təhlil etmə və təşkilatçılıq bacarığı;
Komandada işləmə bacarığı;
Məsuliyyətlilik;
İntizamlılıq;
Dəqiqlik;
İdarəetmə bacarığı;
Nəticəyönümlülük.
İşin təsviri:
Şöbənin fəaliyyətinə dair qayda və prosedurların hazırlanması və ona nəzarət;
İşçilər tərəfindən nizam-intizam qaydalarına riayət edilməsinə nəzarət;
Şöbənin, eyni zamanda tibb müəssisəsində çalışan işçilər barəsində həvəsləndirmə və intizam tənbehi tədbirlərinin görülməsi üçün rəhbərliyə müvafiq təkliflərin verilməsi;
İşçilərin işə qəbulu, yerdəyişməsi, işdən azad olunması və əmək qanunvericilində nəzərdə tutulmuş digər hüquq və vəzifələr ilə bağlı bütün işlərin vaxtında rəsmiləşdirilməsini həyata keçirilməsinin təmin edilməsi;
Elektron hökümət portalına (ƏMAS) aidiyyatı məlumatların daxil edilməsinin təmin edilməsi;
İşçilərin şəxsi işlərinin, həmçinin digər sənədlərin müəyyən olunmuş qaydada qeydiyyatını həyata keçirir, saxlanmasını və onlarda olan məlumatların yayılmamasının təmin edilməsi;
İnsan resursları üzrə elektron məlumat bazasının formalaşdırılmasını, yenilənməsini və şöbənin funksiyalarına aid hissəsinin idarə edilməsinin təmin edilməsi;
Əməkhaqqı, bonus, mükafat, maddi yardım, ezamiyyə, məzuniyyət və işçi heyətinə ödənilən digər ödənişlər üzrə müvafiq sənədləri hazırlayaraq Maliyyə departamentinə təqdim edilməsinin təmin edilməsi;
Təsdiq olunmuş korporativ davranış qaydalarına işçilər tərəfindən riayət olunmasına nəzarət;
Müəssisədə çalışan əməkdaşların vəzifə təlimatlarının işlənib hazırlanmasında iştirak edir və yeni qəbul olunan işcilərin vəzifə təlimatları ilə tanış olmalarının təmin ediməsi;
Tibb müəssisəsində və bölmələrində əməyin mühafizəsi, yanğın təhlükəsizliyi, sanitar-gigiyenik tələblər və əməyin mühafizəsi üzrə qanunvericilik və normativ hüquqi aktlara riayət olunmasına nəzarətin təşkil edilməsi;
Peşə və ya vəzifəyə uyğun olaraq təlimatların hazırlanmasına, təşkilinə, biliklərin yoxlanılmasına nəzarətin edilməsi;
Baş vermiş bədbəxt hadisələrin təhlili və uçota alınması, iş yerlərinin əməyin mühafizəsi üzrə attestasiyası, texniki (elektrik enerjisi, qazanxana, oksigen təchizat stansiyası) sahə üzrə görülən işlərə nəzarətin edilməsi;
Əməyin mühafizəsi üzrə aylıq hesabatların hazırlanması və rəhbərliyə risklərlə bağlı tövsiyələrin verilməsi.
Əlavə qeydlər:
Sumqayıt Tibb Mərkəzi və Şəmkir Rayon Mərkəzi Xəstəxanası üzrə:
İş qrafiki: Bazar ertəsi - Cümə, 5 günlük iş həftəsi;
İş vaxtı: 09:00 – 18:00.
Siyəzən Müalicə Diaqnostika Mərkəzi üzrə:
İş qrafiki: Bazar ertəsi – Şənbə, 6 günlük iş həftəsi;
İş vaxtı: 09:00 – 17:00, Şənbə günü: 09:00-15:00
Əməkhaqqı:
“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydasına uyğun olaraq tənzimlənir.
Müraciət qaydası:
Vakansiyaya son müraciət tarixi: 24.05.2023
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “İnsan resursları şöbəsinin müdiri” və çalışmaq istədiyi müəssisəni qeyd edərək vacancy@tabib.gov.az ünvanına göndərmələri xahiş olunur.
Müraciətlər nəzərdən keçirilərək, yalnız yuxarıda göstərilən müraciət qaydalarına riayət edən və tələb olunan sənədləri təqdim edən namizədlərlə əlaqə saxlanılacaqdır.
TƏBİB İT təhlükəsizliyi səbəbindən bu domenlərdən məktub qəbul etmir: yandex.ru, mail.ru, list.ru, inbox.ru, bk.ru, yahoo.com.
Müraciətinizi başqa domenli elektron poçt ünvanlarından göndərməyiniz xahiş olunur.
Bu bölməyə aid digər xəbərlər
ATU-da “Ürək transplantasiyası həftəsi”: Gələcəyin həkimləri üçün praktiki təlimlər və maarifləndirici görüşlər keçiriləcək
29.10.2026 | 12:56
Azərbaycan Tibb Universitetində “ProQuest Central” platformasından istifadə üzrə vebinar keçiriləcək
28.10.2026 | 16:56
Milli İdman Tibb və Reabilitasiya İnstitutuna nevropatoloq həkim tələb olunur
27.10.2026 | 16:06
Respublika Klinik Xəstəxanası sürücü vakansiyası elan edir
27.10.2026 | 10:16
"Yeni nəsil radioloqlar: elmdən klinik təcrübəyə” adlı elmi-praktik simpozium keçiriləcək
26.10.2026 | 14:32
Respublika Klinik Xəstəxanası qeydiyyatçı vakansiyası elan edir
26.10.2026 | 11:19
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
24.10.2026 | 19:16
Qoşqar Təhməzli sahibkarları qəbul edəcək
23.10.2026 | 12:54
Gəncə ŞBX-nın nəzdindəki tibb müəssisələrində müxtəlif ixtisaslar üzrə vakansiyalar elan olunur
23.10.2026 | 11:55
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
ÇOX OXUNANLAR
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
24.10.2026 | 19:16
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb
22.10.2026 | 17:03
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
22.10.2026 | 14:08
Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər
22.10.2026 | 12:05
Respublika Klinik Xəstəxanası qeydiyyatçı vakansiyası elan edir
26.10.2026 | 11:19
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
AMEA-da akademik Ədilə Namazovanın 100 illik yubileyi qeyd olunub
23.10.2026 | 12:33
Rezidentlər üçün “Laparoskopik bazis vərdişlər” təliminə start verilib
20.10.2026 | 12:33
Vətən müharibəsi şəhidinin məzarı ziyarət olunub
25.10.2026 | 10:23
Həkim karyerası boyu bu şişlərə cəmi bir neçə dəfə rast gələ bilər – Onkoloq nadir xərçəng növlərini açıqlayıb
22.10.2026 | 10:49
İnsultdan sonra nitqdə qeyri-adi dəyişiklik - Beyin dil bacarıqlarına təsir edir?
28.10.2026 | 16:50
Dodaq uçuğuna səbəb olan virus beynin immun müdafiəsini zəiflədə bilər
22.10.2026 | 10:44
“Həkimlərimizi tanıyaq!" rubrikasının növbəti buraxılışı
21.10.2026 | 15:16
Tez-tez nəcis ifrazı istəyi proktitin əlaməti ola bilər
25.10.2026 | 07:24

