Bakı Baş Səhiyyə Mərkəzinin tabeliyindəki bir sıra tibb müəssisələrinin adları dəyişdirilib
11.05.2023 11:11

Bakı Baş Səhiyyə Mərkəzinin strukturuna daxil edilən bir sıra tibb müəssisələrinin adları dəyişdirilib.

 

Mərkəzdən Aztibb.az-a verilən məlumata görə, bir sıra tibb müəssisələrində ilkin səhiyyə xidmətinin optimallaşdırılması və təkmilləşdirilməsi məqsədilə tədbirlər davam etdirilir.

 

Həyata keçirilən yeniliklərə uyğun olaraq, 10-dan çox tibb müəssisəsinin adı bundan sonrakı fəaliyyət istiqamətinə əsasən yenidən formalaşdırılıb. Mərkəzin strukturuna daxil olan 8 nömrəli Şəhər Xəstəxanasının, 9, 12, 13, 15, 18, 22, 28, 31 və 32 nömrəli Birləşmiş Şəhər Xəstəxanalarının (BŞX), Zabrat və Zirə Müalicə Diaqnostika Mərkəzlərinin adları aşağıdakı şəkildə dəyişdirilib:

 

8 nömrəli Şəhər Xəstəxanası - Nardaran Sağlamlıq Mərkəzi

12 nömrəli BŞX – Suraxanı Sağlamlıq Mərkəzi

28 nömrəli BŞX – Bilgəh Sağlamlıq Mərkəzi

Zabrat Müalicə Diaqnostika Mərkəzi - Zabrat Sağlamlıq Mərkəzi

Zirə Müalicə Diaqnostika Mərkəzi - Zirə Sağlamlıq Mərkəzi

9 nömrəli BŞX – 41 nömrəli Şəhər Poliklinikası

13 nömrəli BŞX – 42 nömrəli Şəhər Poliklinikası

15 nömrəli BŞX – 43 nömrəli Şəhər Poliklinikası

18 nömrəli BŞX – 44 nömrəli Şəhər Poliklinikası

22 nömrəli BŞX – 14 nömrəli Şəhər Poliklinikası

31 nömrəli BŞX - 45 nömrəli Şəhər Poliklinikası

32 nömrəli BŞX – 46 nömrəli Şəhər Poliklinikası

 

Məlumat üçün bildirək ki, TƏBİB rəhbərliyinin göstərişinə əsasən, Mərkəzin tabeliyində olan bir sıra müəssisələrdə stasionar fəaliyyət dayandırılmaqla çarpayı fondu ləğv edilib və həmin müəssisələrdə ambulator- poliklinik xidmət gücləndirilib. Qeyd olunan tibb müəssisələrinin adlarındakı bu dəyişiklik məhz həmin qərara uyğunlaşdırılıb və yeni istiqamət müəyyənləşdirilib. Həyata keçirilən bu tədbirlər tibbi kadrlardan səmərəli istifadə, ikin səhiyyə xidməti müəssisələrinin iş yükünün azaldılması və ambulator xidmət keyfiyyətinin yüksəldilməsi məqsədi daşıyır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır