Ulu Öndərin azərbaycançılıq ideologiyası Azərbaycanı böyük zəfərə aparıb
10.05.2023 16:53
Binəqədi Tibb Mərkəzində Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
 
Mərkəzdən Aztibb.az-a bildirilib ki, tədbirdə ilk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
 
Binəqədi Tibb Mərkəzinin baş həkimi Rafiq Nağıyev Ümummilli Liderin səhiyyə sahəsində apardığı uğurlu islahatların səhiyyəmizin inkişafına verdiyi töhfələrdən danışıb. Baş həkim Ulu Öndərin azərbaycançılıq ideologiyasının Azərbaycanı böyük zəfərə apardığını qeyd edib.
 
Poliklinika şöbəsinin müdiri Firuzə Həsənova çıxışında Ümummilli Lider Heydər Əliyevin ordu quruculuğu sahəsində apardığı uğurlu islahatların Vətən müharibəsində qazanılan şanlı zəfəri xalqımıza bəxş etdiyini vurğulayıb.
 
Tədbiri yekun nitqlə bitirən Binəqədi Tibb Mərkəzinin direktoru Əsədulla Sultanov Ulu Öndərin Azərbaycan dövlətçiliyi tarixindəki misilsiz xidmətlərindən bəhs edib. Direktor xalqımızın dahi liderinin ilk dəfə hakimiyyətə gəlişinin Azərbaycanı SSRİ-də özünü təmin edən ikinci respublikaya çevirdiyini bildirib. Müstəqillik illərində çətin şəraitdə xalqın təkidi ilə hakimiyyətə qayıdan Ulu Öndərin Azərbaycanı parçalanmaqdan xilas etdiyini, müasir Azərbaycanın əsasını qoyduğunu qeyd edib. O, Ümummilli Liderin təməlini qoyduğu müasir Azərbaycanın onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən dünyada söz sahibi olan, heç kimdən asılı olmayan, dayanıqlı inkişaf yolunda olan ölkəyə çevirdiyini vurğulayıb.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır