Beynəlxalq Talassemiya Günü qeyd olunub
09.05.2023 16:52

Milli Hematologiya və Transfuziologiya Mərkəzində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş Beynəlxalq Talassemiya Günü ilə bağlı tədbir keçirilib.

 

Bu barədə Aztibb.az-a Mərkəzdən xəbər verilib.

 

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükütla yad edilib, Milli Hematologiya və Transfuziologiya Mərkəzi tərəfindən hazırlanmış Ulu Öndər Heydər Əliyevə həsr olunan videoçarx nümayiş etdirilib.

 

Tədbirdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Səhiyyənin təşkili şöbəsinin müdiri Fazil Hüseynbəyov, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Monitorinq şöbəsinin müdiri Bəyalı Məmmədov, TƏBİB-in Xüsusi profilli tibbi xidmətlərin təşkili şöbəsinin müdiri Vüsal Yusifov məruzələrlə çıxış ediblər. Məruzələrdə Ulu Öndərin Azərbaycan səhiyyəsinə olan qayğısından və 8 may tarixinin dünyada, o cümlədən ölkəmizdə Beynəlxalq Talassemiya Günü kimi qeyd olunmasından danışılıb.

 

Daha sonra Milli Hematologiya və Transfuziologiya Mərkəzinin İcraçı direktoru Valeh Hüseynov "Talassemiya ilə mübarizəyə dair Dövlət Proqramı" çərçivəsində görülən işlərdən bəhs edib.

 

Konfransa onlayn formatda Beynəlxalq Talassemiya Federasiyasının tibbi məsləhəhətçisi Michael Angastiniosis və Antalya Bilim Universitesinin professoru Duran Canatan da qoşularaq təcrübələrini bölüşüblər.

 

Daha sonra Azərbaycan Talassemiya Federasiyası Pasiyent Təşkilatının sədri Nailə Quliyeva və federasiyanın bölgələr üzrə nümayəndələri çıxış ediblər.

 

Sonda iştirakçılara Mərkəz tərəfindən təşəkkürnamələr təqdim edilib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır