“Heydər Əliyev və müasir Azərbaycan səhiyyəsinə gedən yol: quruculuq, inkişaf və varislik” adlı tədbir keçirilib
08.05.2023 18:30

TƏBİB-in təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan “Heydər Əliyev və müasir Azərbaycan səhiyyəsinə gedən yol: quruculuq, inkişaf və varislik” adlı tədbir keçirilib.

 

Aztibb.az-a bu barədə TƏBİB-dən məlumat verilib.

 

İlk olaraq Fəxri xiyabana ziyarət təşkil edilib, TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun rəhbərliyi ilə İcraçı direktorun müavinləri, müşavirləri, TƏBİB-in departament rəhbərləri, tabeli tibb müəssisələrinin direktorları Ulu Öndər Heydər Əliyevin və oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarları üzərinə tər çiçəklər qoyublar.

 

"Fairmont Baku" otelində baş tutan tədbir Ulu Öndər Heydər Əliyevin şərəfli ömür yolu və zəngin fəaliyyətinə həsr olunan filmin nümayişi ilə başlayıb.

 

Tədbiri giriş sözü ilə açan TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov Ümummilli Liderin ölkəmizdə səhiyyənin inkişafı sahəsində gördüyü işlərdən danışaraq onu müstəqil Azərbaycan dövlətinin və səhiyyəsinin memarı adlandırıb:

 

"Təsadüfi deyil ki, Ulu Öndər səhiyyə sektorunun inkişafına xüsusi önəm verirdi və bunu əsas prioritet istiqamətlərdən birinə çevirmişdi. Əhalinin sağlamlığının qorunması, tibbi xidmətin yüksək səviyyədə təşkili Ulu Öndərin ən çox diqqət göstərdiyi məqamlardan idi. Məhz onun ölkəyə rəhbərliyi dövründə müasir səhiyyə ocaqlarının istifadəyə verilməsinə başlandı. Nəinki paytaxt Bakıda, ən ucqar regionlarda, kəndlərdə belə ən müasir tibbi mərkəzlər yaradıldı ki, bu mərkəzlərdə tibb işçilərinin fəaliyyəti üçün geniş imkanlar vardı".

 

Vüqar Qurbanov səhiyyə sahəsində Ulu Öndər tərəfindən başlanan inkişaf strategiyasının bu gün Prezident İlham Əliyev tərəfindən ən yüksək səviyyədə davam etdirildiyini vurğulayıb:

"Prezidentimiz insan sağlamlığını cəmiyyətimizin sərvəti hesab etməklə yanaşı, Azərbaycan səhiyyə sistemində aparılan islahatlara da yüksək dəyər verir. Yeni tibb müəssisələrinin tikilməsi, bütün mövcud xəstəxana və poliklinikaların yenidən qurulması və modernləşdirilməsi, ən müasir avadanlıqlarla təchizatı səhiyyəmizin yüksəlişinin təzahürləridir. Bu sahədə qəbul edilən dövlət proqramları gələcək nəsillərin sağlam inkişafına bir töhfədir".

 

Tədbirdə çıxış edən Milli Məclisin Səhiyyə Komitəsinin sədri, akademik Əhliman Əmiraslanov Heydər Əliyevin peşəkar tibbi kadrların yetişdirilməsində rolundan danışıb:

"Ulu Öndər ilk dəfə hakimiyyətə gəldiyi gündən tibbi kadrların yetişdirilməsinə böyük önəm verib. Mən də o şanslı gənclərdən olmuşam. 1973-cü ildə Moskvaya təhsil almağa getmişəm. Bu gün bir çox xəstəxanaların rəhbərliyində, tibb universitetinin qocaman müəllimləri arasında məhz Heydər Əliyev sayəsində xaricdə təhsil alan həkimlər var. Heydər Əliyevin 100 illiyi yalnız Azərbaycanda deyil, dünyanın bir sıra ölkələrində də böyük təmtəraqla qeyd olunur. Bu da Ulu Öndərin Azərbaycan hüdudlarından kənarda da sevildiyinin bariz nümunəsidir".

 

Daha sonra çıxış edən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev Azərbaycanın müstəqillik qazandığı ilk illərdə ölkədəki çətin vəziyyətdən və Heydər Əliyevin həmin ağır günlərdən keçərək müasir, güclü Azərbaycan yaratdığından söz açıb:

 

"Ulu Öndərin təşəbbüsü ilə hələ ötən əsrin 90-cı illərində tibbi sığorta haqqında qanun işlənib hazırlanıb və bu gün prezident İlham Əliyev tərəfindən qəbul olunaraq uğurla icra olunur. Ötən il əhalinin 47 faizi tibbi sığortadan yararlanıb. Bu, Ulu Öndərin uzaqgörən siyasətinin nəticəsi idi".

 

Azərbaycan Respublikasının Səhiyyə nazirinin müavini Rasim İsmayılov çıxış edərək Ulu Öndərin səhiyyə sahəsində qanunvericiliklə bağlı misilsiz xidmətlərinin olduğunu xatırladıb.

 

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova isə çıxışında Heydər Əliyevin yalnız dövlət qurucusu deyil, millət, insan memarı olduğunu söyləyib. Həyatının son gününədək Azərbaycan xalqı uğrunda çalışdığını bildirib. Hələ orta məktəb illərində Füzulidə səfərdə olan Heydər Əliyevlə canlı görüşün həyatının ən önəmli hadisəsi olduğunu bildirib.

 

Daha sonra çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İradə Hüseynova Heydər Əliyevin tarixin gedişini dəyişən lider olduğunu deyərək Azərbaycan xalqının bu cür qüdrətli bir rəhbərə sahib olmasının böyük xoşbəxtlik olduğunu dilə gətirib.

 

Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini Rəşad Mahmudov çıxış edərək Azərbaycan səhiyyəsinin Heydər Əliyevin qoyduğu güclü təməllər üzərində uğurla inkişaf etdiyini söyləyib.

 

Tədbirdə çıxış edən ürək-damar cərrahı, tibb elmləri doktoru Kamran Musayev Mərkəzi Klinika kimi müasir bir tibb ocağının fəaliyyətə başlaması və hər il 17 iyunun Azərbaycanda Tibb İşçilərinin Peşə Bayramı Günü kimi qeyd olunmasının Heydər Əliyevin ölkə səhiyyəsi üçün gördüyü mühüm işlər sırasında xüsusi rol oynadığını diqqətə çatdırıb.

 

Sonda qocaman həkim Nasir Əhmədov Ulu Öndər Heydər Əliyevlə bağlı xoş xatirələrini bölüşüb. O, 1994-cü ildə Pirəküşkül qəsəbəsində məcburi köçkünlərlə görüşdə tibb sahəsindəki xidmətlərinə görə Heydər Əliyevin ona hədiyyə verməsini həyatının ən unudulmaz xatirəsi olduğunu bildirib.

 

Tədbirin bədii hissəsində Xalq artisti Faiq Ağayevin ifasında Ulu Öndərin xatirəsinə həsr olunan "Dahi" mahnısı təqdim olunub.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Kriminal zəhərlənmələr:mərgümüş və risindən poloniuma və epibatidinə qədər
Qobustan RMX-da patronaj xidmətinin təşkili ilə bağlı təlim keçirilib
Mərkəzi Gömrük Hospitalında AZDAS İB və DAS Derneğinin nümayəndələri ilə görüş keçirilib
Milli Hematologiya və Transfuziologiya Mərkəzində “Aplastik anemiya” mövzusunda seminar keçirilib
Doğuş təcili tibbi yardım avtomobilində həyata keçirilib
IV ixtisas qrupu üzrə keçid balları dəyişəcək
Lerik Rayon Mərkəzi Xəstəxanasında növbəti qanvermə AKSİYASI
Pirallahı Tibb Mərkəzində oftalmoloji xidmətlərin əlçatanlığı genişləndirilir
Yüksək risk, güclü komanda: uğurla həyata keçirilən qeysəriyyə əməliyyatı
ATU ailəsinin üzvü Ramal Təbib oğlu: “İnam nə qədər çoxdursa, məqsəd o qədər yaxındır”
AQTA-nın sədri süd və süd məhsullarının emalı zavodunda olu
Mərkəzi Gömrük Hospitalının uşaq cərrahı AZTV-yə müsahibə verib
Azərbaycanlı həkimlər beynəlxalq arenada yeni uğurlara imza atır
DİM IV ixtisas qrupu üzrə plan yerlərini elan etdi - 3551 yer ödənişsizdir
Şahbuz rayonunda tibbi aksiya: 32 nəfər müayinədən keçib