Xaçmaz rayon Hülövlü kənd sakinləri üçün səyyar tibbi müayinə aksiyası təşkil olunub
09.05.2023 12:21
Azərbaycan Respublikasında 2023- cü ilin "Heydər Əliyev İli" elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 29 sentyabr 2022- ci il tarixli Sərəncamına əsasən tərtib edilmiş Tədbirlər planına uyğun olaraq Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının təşkilatçılığı ilə ətraf kəndlərin sakinləri üçün səyyar tibbi müayinə aksiyaları təşkil olunur. Növbəti səyyar tibbi müayinə aksiyası Hülövlü həkim məntəqəsində baş tutub.
 
Xaçmaz Rayon Mərkəzi Xəstəxanasından Aztibb.az-a bildirilib ki, aksiya çərçivəsində tibb müəssisəsinin müxtəlif ixtisaslı (terapevt, nevroloq, pediatr, ultrasəs müayinəsi üzrə həkim (USM), otorinlorinqoloq) həkimləri tərəfindən 51 nəfər müayinələrdən keçirilib, onlara ümumilikdə 80 tibbi xidmət göstərilib.
 
Tibbi göstəriş əsasında vətəndaşlardan labarator analizlər götürülüb, nəticəyə uyğun olaraq onlar müalicəyə cəlb olunublar.
 
Səyyar tibbi müayinələr digər ətraf kəndlərdə də davam etdiriləcək.
 
Qeyd edək ki, Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının direktoru Səyyaf Tağıyev peyvəndləmə işlərinin aparılmasında kənd əhalisi arasında sanitar-maarifləndirmə tədbirlərində fərqləndiyinə görə Hülövlü həkim məntəqəsinin tibb bacısı İradə Əhmədovanı Fəxri fərmanla təltif edib. 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır