Qazax rayonun Quşçu Ayrım və Məzəm kəndlərinin sakinləri üçün səyyar tibbi xidmət AKSİYASI
07.05.2023 17:16

TƏBİB-in tabeliyindəki Qazax Müalicə Diaqnostika Mərkəzinin həkim briqadası tərəfindən Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş silsilə tədbirlər çərçivəsində Qazax rayonun sərhəd kəndləri - Quşçu Ayrım və Məzəmin sakinləri üçün səyyar tibbi xidmət aksiyası keçirilib.

 

Xəstəxanadan Aztibb.az-a bildirilib ki, Quşçu Ayrım tibb məntəqəsində təşkil olunan aksiyada müxtəlif ixtisaslı həkimlər tərəfindən aparılmış sakinlər tibbi müayinədən keçiblər.


Aksiya zamanı həkim briqadası 40 nəfərdən çox sakini müayinə edib, nəticədən asılı olaraq onlara müvafiq tövsiyələr və tibbi məsləhətlər verilib, əməliyyata ehtiyacı olanlar isə Qazax Müalicə Diaqnostika Mərkəzinə dəvət ediliblər.

 

Səyyar tibbi müayinənin əsas məqsədi əhali arasında profilaktik müayinə mədəniyyətini, sağlam həyat tərzini təbliğ etmək, əsasən ucqar kəndlərdə yaşayan, xəstəxanalara gələ bilməyən vətəndaşlar üçün müayinələrin həyata keçirilməsini təşkil etməkdir.

 

Kənd sakinləri səyyar həkim briqadası tərəfindən müayinə və müalicə olunmalarını razılıqla qarşılayıb, bu qayğıya görə tədbirin təşkilatçılarına və səyyar həkim briqadasına minnətdarlıqlarını bildiriblər.

 

Qeyd edək ki, tibbi müayinə aksiyaları Qazax rayonun digər ucqar kəndlərində təşkil olunması nəzərdə tutulub.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır