Səhiyyə işçilərinin Ulu Öndərin 100 illiyinə həsr olunmuş  beynəlxalq elmi-praktiki konfransı keçirilib
07.05.2023 07:08

Bu gün Bakıda Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin, Azərbaycan Cərrah və Qastroenteroloqlar İctimai Birliyinin birgə təşkilatçılığı ilə ümumilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi-praktiki konfrans keçirilib.

Tədbirdən əvvəl konfrans iştirakçıları Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyublar.

Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə gül dəstələri düzülüb. Həmçinin iştirakçılar görkəmli dövlət xadimi Əziz Əliyevin və tanınmış həkim-alim Tamerlan Əliyevin məzarları üzərinə gül dəstələri düzüblər.


Açılış mərasimində Azərbaycan Respublikası səhiyyə nazirinin müavini Nadir Zeynalov, akademik A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin direktoru, professor Rauf Ağayev, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi sədrinin müşaviri Nelli Veyisova, Milli Məclisin Səhiyyə komitəsinin üzvü, millət vəkili İlham Məmmədov çıxış edərək Ümumilli Lider Heydər Əliyevin Azərbaycan tibb elminin inkişafına verdiyi töhfələrdən söz açıblar. Ulu Öndərin “Mən Azərbaycana rəhbərlik etdiyim zaman, sonra isə sovetlər ittifaqının, SSRİ-nin rəhbərliyində olduğum illərdə daim səhiyyə ilə, tibb elmi ilə yaxın olmuşam, ona qayğı göstərmişəm və hesab edirəm ki, çox işlər görmüşəm...” – fikrini xatırladaraq onun rəhbərliyi ilə ölkəmizdə səhiyyə quruculuğu ilə əlaqədar görülən çoxsaylı kompleks tədbirlərdən, bu sahədə yüksəkixtisaslı kadrların hazırlanmasından, Azərbaycan tibb elminin dünyaya inteqrasiyasından danışıblar. Natiqlər bir daha vurğulayıblar ki, səhiyyəmizin inkişafı yolunda Heydər Əliyevin gördüyü işlər öz dəyəri, böyüklüyü ilə əvəzsizdir.


Çıxışlarda qeyd olunub ki, Ulu Öndərin əhalinin sağlamlığının qorunması naminə apardığı dövlət siyasəti və müəyyənləşdirdiyi kurs bu gün də uğurla davam etdirilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu sahədə fəaliyyəti sayəsində Azərbaycan səhiyyəsi son 20 il ərzində böyük inkişaf yolu keçib.

Tədbirdə çıxış edən İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin professoru Rustam Baxtiozin, A.Sızqanov adına Qazaxıstan Milli Elmi Cərrahiyyə Mərkəzinin Rekonstruktiv və plastik mikrocərrahiyyə şöbəsinin müdiri Mismil Muradov və digər xarici qonaqlar ölkəmizdə müasir səhiyyənin, tibb elminin çağırışlarına cavab verən mötəbər konfransın keçirilməsinə görə məmnun qaldıqlarını ifadə ediblər. Elmi-praktiki konfransın proqramında yer alan məruzlərin elmi-ictimai əhəmiyyətini vurğulayıblar.


Beynəlxalq konfransda, həmçinin Rusiya Elmlər Akademiyasının müxbir üzvü, N.V.Sklifosovski adına Təcili Tibbi Yardım İnstitutunun direktoru, kəllədaxili qanaxmaları olan xəstələrin neyromonitorinqi və intensiv terapiyası sahəsində tanınmış alim Sergey Petrikovun iştirakçılara ünvanladığı təbrik məktubu diqqətə çatdırılıb.

Sonra Ümumilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş qısametrajlı sənədli film nümayiş etdirilib.

Ulu Öndərin 100 illik yubileyinə həsr edilmiş beynəlxalq elmi-praktiki konfrans öz işini plenar sessiyalarla davam etdirib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır