TƏBİB və BMT-nin Əhali Fondunun Azərbaycan Nümayəndəliyi arasında əməkdaşlıq perspektivləri müzakirə olunub
06.05.2023 14:33

TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov Birləşmiş Millətlər Təşkilatının Əhali Fondunun (Fond) Azərbaycan Nümayəndəliyinin rəhbəri Fərid Babayev ilə görüşüb.

 

Aztibb.az-a TƏBİB-dən bildirilib ki, görüşdə qurumun İcraçı direktorunun müşaviri Firəngiz Əliyeva, TƏBİB və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) aidiyyəti struktur bölmələrinin rəhbərləri və nümayəndələri, Fondun Azərbaycan Nümayəndəliyinin səhiyyə proqramlarının rəhbəri Ramiz Hüseynov iştirak ediblər.

 

Görüşdə Agentlik və Fond arasında imzalanan Anlaşma Memorandumuna əsasən icra edilən 3 illik “Azərbaycanın Cənub regionlarında təhlükəsiz analıq” layihəsinin başa çatan birinci mərhələsinin hesabatı Fond tərəfindən təqdim olunmuş və layihənin növbəti mərhələlərinin müzakirəsi aparılıb.

 

Növbəti mərhələlərdə son texnologiya ilə skrininq müayinələrinin aparılması məqsədilə tibb mütəxəssislərin təlimləndirilməsi, Lənkəran sakini olan 2 000-nə yaxın qadının müayinə olunması və bu müayinələr nəticəsində onlarda uşaqlıq boynu xərçəngi riskinin olub-olmamasının təyin olunması, həmin xəstəliklərlə bağlı icmaların və gənclərin maarifləndirilməsinin aparılması razılaşdırılıb.

 

İcraçı direktor Vüqar Qurbanov uşaqlıq boynu xərçəngi ilə yanaşı, süd vəzi xərçəngi riskinin də vaxtında aşkarlanmasının bu xəstəliklərin qarşısının alınmasında əhəmiyyətli olduğunu vurğulayaraq, gələcəkdə bu istiqamətlərdə Fondla əməkdaşlığın genişləndirilməsini təklif edib.

 

Bundan başqa, Qarabağ bölgəsində tibbi fəaliyyətə cəlb olunacaq həkimlər üçün ailə həkimliyi mövzusunda təlimlərin təşkil edilməsi müzakirə olunub və Fond bu prosesə dəstək göstərməyə hazır olduğunu bildirib.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır